Allergiya ilə ağırlaşmış rinosinusiti olan pasiyentlərin müalicəsində histamin əleyhinə preparatların rolu
Rinosinusit
burunətrafı ciblərin və burun boşluğunun selikli qişasının əhəmiyyətli anatomik
və funksional dəyişikliklərə gətirib çıxara bilən iltihabıdır.
Gedişinə görə rinosinusit kəskin, kəskin residivləşən, yarımkəskin və xroniki növlərə bölünə bilər.
Bəs Siz bilirdinizmi?
- Kəskin rinosinusitin (KRS) öyrənilməsinə həsr edilmiş tədqiqatların məlumatlarına əsasən, xəstəlik əhalinin 6-15%-də rast gəlinir, həm də 0,035%-də təkrar epizodlar müşahidə olunur1.
- Respirator simptomları olan uşaqların 6-7%-i KRS-dən əziyyət çəkir. Kəskin bakterial rinosinusit isə hər il pasiyentlərin təxminən 16%-də diaqnostika olunur2.
- EPOS-nin məlumatlarına əsasən, simptomatik xroniki rinosinusitin (XRS) ümumi yayılma səviyyəsi 5,5% ilə 28% arasında dəyişir3.
Kəskin və xroniki rinosinusitin gedişi çox zaman digər amillərlə, məsələn, burunun struktur patologiyaları (çəpər əyriliyi, poliplər), siqaret çəkmə (həm aktiv, həm də passiv), anamnezdə daha əvvəl diaqnostika olunmuş allergiyanın, ot qızdırmasının, allergik rinitin olması ilə ağırlaşa bilər.
Rinosinusitin fenotipindən asılı olaraq, allergiya həqiqətən də XRS-nin
inkişafı üçün zəminyaradıcı amil qismində çıxış edə bilər3.
Gəlin, KRVİ və allergiyanın bir-birinə məhz necə təsir etdiklərini araşdıraq.
KRVİ
- 1.Viruslar tənəffüs yollarının zədələnməsini gücləndirir və allergenlərə qarşı həssaslığı artırırlar6.
- 2.KRVİ zamanı burun epitelində ICAM-1 hüceyrə adheziyası molekullarının səviyyəsinin artması müşahidə olunur ki, bu da epitelin virus hissəcikləri üçün keçiriciliyini artırır6.
- 3.KRVİ-nin törədiciləri iltihab mediatorlarını, o cümlədən histamini aktivləşdirir və simptomları şiddətləndirirlər6.
Allergiya
- 1.Allergiya burunun selikli qişasının iltihabına gətirib çıxararaq epitelin baryer funksiyasını poza və yerli immun cavabı azalda bilər4.
- 2.Allergiyalı pasiyentlərdə epitel hüceyrələrində sıx təmasların zülallarının ekspressiyası azalmışdır, bu da həmçinin onların qoruyucu funksiyasının pozulmasına gətirib çıxarır5.
- 3.Allergik reaksiyalar anadangəlmə immun cavabı zəiflədə və virus infeksiyaları ilə mübarizə üçün zəruri olan interferon istehsalının pozulmasına səbəb ola bilərlər7.
Allergik xəstəlikləri olan böyüklərin anamnezində KRVİ epizodlarının tezliyi allergiyası olmayan insanlara nisbətən 2,16 dəfə yüksək olmuşdur. Bundan əlavə, elə bu tədqiqat qrupunda KRVİ-nin ağır keçən epizodları 15,7 dəfə daha çox rast gəlinmişdir8.
Allergik rinit diaqnozu qoyulmuş uşaqlarda infeksion rinosinusitlərin inkişaf etmə riski daha böyükdür, xəstəliyin epizodları isə daha uzun ola bilər9.
Bundan əlavə, allergik rinitin səbəb olduğu iltihab fonunda bronxial astma kimi daha ağır vəziyyətlər inkişaf edə bilər10.
Allergiya ilə ağırlaşmış KRS və XRS olan pasiyentlərdə əlverişli
proqnoza nail olmaq üçün kompleks müalicə lehinə seçim edilməlidir3.
Histamin əleyhinə preparatların istifadəsi selikli qişanın ödemini azaltmağa kömək edir,
burun yollarının keçiriciliyini yaxşılaşdırır və patogenezin histaminergik halqasına təsir
hesabına asqırma, qaşınma və burunun tutulması kimi yanaşı simptomların şiddətini azaldır1111.
Yeni məlumatlar göstərir ki, allergiya əleyhinə müalicə daha əvvəl AR diaqnozu qoyulmuş uşaqlarda yuxarı tənəffüs yolları infeksiyalarının (o cümlədən KRVİ-nin) yaranma tezliyini və ağırlıq dərəcəsini əhəmiyyətli dərəcədə azalda bilir10.
Allergiyası olan böyüklərdə və böyük yaşlı uşaqlarda soyuqdəymə
zamanı ağrıkəsici preparatlar və dekongestantlarla eyni zamanda HƏP-nin
qəbulu faydalı ola bilər..
Lakin bu üstünlüklər əlavə təsirlərin riski ilə tutuşdurulmalıdır3.
Allergiya əleyhinə müalicənin nə zaman ən effektiv ola biləcəyini
aydınlaşdırmaq üçün rinosinusitin dəqiq fenotipləşdirilməsini aparmaq
tövsiyə olunur (sxem 1)10.
Sxem 1. Uşaqlarda rinosinusitin fenotipləşdirilməsinə əsaslanan praktik alqoritm
KRS – kəskin rinosinusit; KBRS – kəskin bakterial rinosinusit; RKRS – residivləşən kəskin rinosinusit;
YTYİ – yuxarı tənəffüs yollarının infeksiyaları; XRS – xroniki rinosinusit;
AGRS – allergik göbələk rinosinusiti.
Bu mənbədən uyğunlaşdırılıb: De Corso E., Lucidi D., Cantone E. et al. Clinical
Evidence and Biomarkers Linking Allergy and Acute or Chronic Rhinosinusitis in Children:
a Systematic Review. Curr Allergy Asthma Rep. 2020; 20(11): 68. Published 2020 Sep 5. doi:10.1007/s11882-020-00967-9
İstinad və ixtisarların siyahısı:
RS – rinosinusit;KRS – kəskin rinosinusit;
XRS – xroniki rinosinusit;
EPOS – European Position Paper on Rhinosinusitis and Nasal Polyps (Rinosinusit və nazal poliplər üzrə Avropanın mövqe sənədi);
KRVİ – kəskin respirator virus infeksiyası;
HƏP – histamin əleyhinə preparatlar.
- Staudacher A. G., Stevens W. W. (2019). Sinus Infections, Inflammation, and Asthma. Immunology and allergy clinics of North America, 39(3), 403–415. https://doi.org/10.1016/j.iac.2019.03.008
- DeBoer D. L., Kwon E. Acute Sinusitis. [Updated 2023 Aug 7]. In: StatPearls [Internet]. Treasure Island (FL): StatPearls Publishing; 2024 Jan-. Available from: https://www.ncbi.nlm.nih.gov/books/NBK547701/
- Fokkens W. J., Lund V. J., Hopkins C. et al. European Position Paper on Rhinosinusitis and Nasal Polyps 2020. Rhinology. 2020; 58(Suppl S29):1-464. Published 2020 Feb 20. doi:10.4193/Rhin20.600
- Steelant B., Farré R., Wawrzyniak P., Belmans J., Dekimpe E., Vanheel H., van Gerven L., Kortekaas Krohn I., Bullens DMA, Ceuppens J. L., Akdis C. A., Boeckxstaens G., Seys S. F., Hellings P. W. Impaired barrier function in patients with house dust mite–induced allergic rhinitis is accompanied by decreased occludin and zonula occludens-1 expression. J Allergy Clin Immunol. 2016;137(4):1043–1053. doi: 10.1016/j.jaci.2015.10.050.
- Steelant B., Farré R., Wawrzyniak P. et al. Impaired barrier function in patients with house dust mite-induced allergic rhinitis is accompanied by decreased occludin and zonula occludens-1 expression. J Allergy Clin Immunol. 2016; 137(4): 1043-1053.e5. doi:10.1016/j.jaci.2015.10.050
- Tantilipikorn P. The relationship between allergic rhinitis and viral infections. Current opinion in otolaryngology & head and neck surgery. 2014; 22(3): 249-252. https://doi.org/10.1097/MOO.0000000000000049
- Głobińska A., Pawełczyk M., Piechota-Polańczyk A. et al. Impaired virus replication and decreased innate immune responses to viral infections in nasal epithelial cells from patients with allergic rhinitis. Clin Exp Immunol. 2017;187(1): 100-112. doi:10.1111/cei.12869
- Cirillo I., Marseglia G., Klersy C., Ciprandi G. Allergic patients have more numerous and prolonged respiratory infections than nonallergic subjects. Allergy. 2007; 62(9):1087-1090. doi:10.1111/j.1398-9995.2007.01401.x
- Ciprandi G., Tosca M. A., Fasce L. Allergic children have more numerous and severe respiratory infections than non-allergic children. Pediatr Allergy Immunol. 2006;17(5): 389-391. doi:10.1111/j.1399-3038.2006.00413.x
- De Corso E., Lucidi D., Cantone E., et al. Clinical Evidence and Biomarkers Linking Allergy and Acute or Chronic Rhinosinusitis in Children: a Systematic Review. Curr Allergy Asthma Rep. 2020; 20(11): 68. Published 2020 Sep 5. doi:10.1007/s11882-020-00967-9
- Simons F. E., Simons K. J. H1 antihistamines: current status and future directions. World Allergy Organ J. 2008;1(9):145-155. doi:10.1186/1939-4551-1-9-145