Sayt kukilərdən istifadə edir
Saytımız saytın performansını, səmərəliliyini və rahatlığını yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz kukilərdən istifadə ilə razılaşırsınız Daha ətraflı
Qaşınma — ən əzabverici hisslərdən biridir. Hətta az, lakin xroniki qaşınma pasiyentin həyatını əhəmiyyətli dərəcədə ağırlaşdıra, yuxunun pozulmasına, psixi pozuntulara gətirib çıxara bilər. Qaşınmanın ən çox yayılmış səbəbləri — iltihab mənşəli səbəblərdir, məsələn, allergik təmas dermatiti (AKD) və atopik dermatitdir (AD)1.
Dünya üzrə böyüklər arasında AKD-nin orta yayılma səviyyəsi2
Ən çox yayılmış:
Qazaxıstan: 2020-ci ildə xroniki dermatozlarla xəstələnmə səviyyəsi3.
31 125100 min əhaliyə düşən yeni halların sayı3
Özbəkistan (Daşkənd): uşaqlarda AD-nin yayılma səviyyəsi (2022-ci il)6.
10,5%Çox zaman simptomların oxşarlığı səbəbindən AD-nin və AKD-nin diferensial diaqnostikası çətinləşir4,5.
AD — atopik dermatitdir;
AKD — allergik təmas dermatiti .
Necə düşünürsünüz, hansı sistem xəstəliklərində histamin əleyhinə preparatlardan istifadə edilir?
(Bir neçə cavab variantı seçə bilərsiniz):
Qadın, 65 yaş.
Şikayətləri: göz qapaqları nahiyəsində qaşınma, qabıqlanma və qızartı.
tQKS əsasında hazırlanmış kombinə olunmuş topik vasitə ilə 7 günlük müalicədən sonra nəzərəçarpacaq dərəcədə yaxşılaşma müşahidə olunur.
Çox böyük ehtimalla pasiyentdə aşağıdakı xəstəlik var:
Düzgün cavab: Atopik dermatit
Cavabınız doğrudur!
Atopik dermatit — həm uşaqlarda, həm də böyüklərdə rast gəlinən, dərinin iltihabı və qaşınma ilə özünü büruzə verən xroniki dəri xəstəliyidir. Burada AD-nin periorbital forması təsvir edilmişdir.
AD çox zaman qan zərdabında IgE-nin səviyyəsinin yüksəlməsi və sonradan toxumalarda histaminin azad olması ilə əlaqələndirilir1.
Qısamüddətli müalicədən sonra əhəmiyyətli dərəcədə yaxşılaşma diaqnozun düzgün qoyulduğunu təsdiq edir.
Nəzərə almaq lazımdır ki, tQKS-nin sabit təsirinin başlanması yalnız 3-4 gün sonra əldə edilir2.
Patogenezin histaminergik halqasının aktivləşməsi səbəbindən yaranan qaşınmanı aradan qaldırmağa Fenkarol® kömək edəcək®3.
IgE — E tipli immunoqlobulin.
AD — atopik dermatit
tQKS — topik qlükokortikosteroidlər
Qadın, 44 yaş.
Şikayətləri: əllərdə qızartı və qaşınma.
Simptomlar ilk dəfə yeni
məişət kimyası vasitəsilə evdə təmizlik işləri apardıqdan sonra yaranmışdır.
Çox güman ki, pasiyentdə aşağıdakılardan biri vardır:
Düzgün cavab: Allergik təmas dermatiti
Cavabınız doğrudur!
Allergik təmas dermatiti çox zaman allergenlərlə təmas yerlərində yaranır1 və anamnez əsasında diaqnoz asanlıqla qoyulur
Allergenlə təması aradan qaldırmaq və müvafiq müalicəyə vaxtında başlamaq vacibdir 2, xəstəliyin simptomlarını: qaşınmanı, qızartını və yanma hissini yüngülləşdirməyə isə Fenkarol®3 preparatı kömək edəcək3.
Qadın, 31 yaş.
Ovuclar və əllər nahiyəsində xroniki xarakter daşıyan, qaşınan dəri səpgilərindən şikayət edir.
Xəstəliyin mənzərəsi payız-qış dövründə ağırlaşır və yayda yaxşılaşır.
Pasiyentdə aşağıdakı xəstəlikdən şübhələnmək olar:
Düzgün cavab: Atopik dermatit
Cavabınız doğrudur!
Atopik dermatit — xroniki xarakter daşıyan və müxtəlif amillərin, məsələn, temperaturun qalxıb-enmələrinin təsiri altında kəskinləşə bilən xəstəlikdir1,2.
Histaminergik halqanın aktivləşməsi səbəbindən yaranan qaşınmanı aradan qaldırmağa Fenkarol®3 kömək edəcək.
Qadın, 33 yaş.
Boyun nahiyəsində ilk dəfə bir həftə əvvəl, yeni bijuteriyanı (boyunbağını) taxdıqdan sonra yaranmış qızartı və qaşınmadan şikayət edir.
Bijuteriyanı təkrarən taxdıqdan sonra simptomlar pisləşmişdir.
Ehtimal edilir ki, simptomlar aşağıdakı xəstəliyin təzahürü səbəbindən yaranıb:
Düzgün cavab: Allergik təmas dermatiti
Cavabınız doğrudur!
Allergik təmas dermatiti çox zaman allergenlərlə1, o cümlədən müxtəlif metallarla təmas yerlərində yaranır və bir qayda olaraq, anamnez əsasında yaxşı diaqnostika olunur.
Allergenlə təması aradan qaldırmaq və müalicəyə vaxtında başlamaq vacibdir, qaşınmanı, qızartını və yanma hissini yüngülləşdirməyə isə Fenkarol preparatı kömək edəcək®2.
Fenkarol® hansı xüsusiyyətlərə malikdir:®
(Bir neçə cavab variantını seçə bilərsiniz):
Cavabınız doğrudur!
Fenkarol®II nəsil histamin əleyhinə preparatdır, ikili təsir mexanizmi sayəsində allergiyanın simptomlarını tez və effektiv şəkildə aradan qaldırır, yuxuya meyllilik yaratmır və kardiotoksikliyə malik deyil. Hətta 2 yaş və yuxarı uşaqlar üçün uyğundur1.