Sayt yalnız tibb işçiləri üçün nəzərdə tutulmuşdur
Sayt yalnız tibb işçiləri üçün nəzərdə tutulmuşdur
Təşviş və təşviş pozuntusunun somatik simptomları olan pasiyentlərdə Adaptol® 500 mq tabletlərinin effektivliyi: müdaxiləsiz tədqiqat
Annotasiya Giriş: Təşviş pozuntuları, o cümlədən panik pozuntu, aqorafobiya, xüsusi fobiyalar və generalizə olunmuş təşviş pozuntusu ilkin tibbi yardım sahəsində …

Annotasiya

Giriş: Təşviş pozuntuları, o cümlədən panik pozuntu, aqorafobiya, xüsusi fobiyalar və generalizə olunmuş təşviş pozuntusu ilkin tibbi yardım sahəsində ən çox rast gəlinən psixiatrik vəziyyətlərdən biridir. Onlar çox zaman özünü təngnəfəslik, ürəkdöyünmə, sinədə və ya mədə-bağırsaq nahiyəsində narahatlıq hissi, tərləmə və ya istilik basmaları kimi somatik simptomlarla büruzə verir.

Adaptol® — nootrop xüsusiyyətlərə malik olan qeyri-benzodiazepin anksiolitikdir, limbik‑retikulyar sistemi, hipotalamusun emosional mərkəzlərini və bir neçə neyromediator sistemini modulyasiya edir.

Bu tədqiqatın məqsədi adi klinik təcrübə şəraitində Adaptol® preparatının istifadəsi ilə təşviş simptomlarında, o cümlədən somatik təzahürlərdə baş verən dəyişikliklər arasındakı əlaqənin qiymətləndirilməsindən ibarət olmuşdur.

Metodlar: İlkin tibbi yardım müəssisəsi şəraitində təşviş pozuntusu diaqnozu olan 100 yetkin pasiyentin iştirakı ilə müdaxiləsiz, müşahidəli tədqiqat aparılmışdır. Bütün pasiyentlər həkim təyinatına uyğun olaraq Adaptol® 500 mq preparatını qəbul etmişdir. Tədqiqata daxil edilmək üçün pasiyentlərdə yüngül və ya orta dərəcəli təşvişin olması tələb olunurdu (GAD-7 şkalası üzrə 5-14 xal). Tədqiqata daxil edilməmə meyarlarına uyğun olaraq, yanaşı psixiatrik və ya ağır somatik xəstəlikləri olan şəxslər, eləcə də simptomlara təsir edə biləcək digər preparatlardan və ya müdaxilələrdən istifadə edən pasiyentlər tədqiqata daxil edilməmişdir. Təşvişin ağırlıq dərəcəsi və somatik simptomların şiddəti ilkin səviyyədə və müalicədən sonra qiymətləndirilmişdir.

Nəticələr: Adaptol® preparatı ilə müalicə təşvişin səviyyəsinin və somatik şikayətlərin azalması ilə müşayiət olunmuşdur. Ürəkdöyünmə, sinədə narahatlıq, mədə-bağırsaq pozuntuları kimi simptomların və vegetativ simptomların yaxşılaşması qeydə alınmışdır. Daha güclü təsir kişilərdə (statistik əhəmiyyət testi aparılmadan) və ilkin səviyyədə təşvişin şiddəti daha güclü olan pasiyentlərdə müşahidə edilmişdir ki, bu da GAD-7 şkalasının ilkin göstəriciləri ilə müalicədən sonrakı dəyişikliklər arasındakı korrelyasiya ilə təsdiq edilmişdir (r = 0,5). Gözlənilməz əlavə təsirlər müşahidə edilməmişdir.

Yekun nəticələr: Real təcrübə şəraitində aparılan bu tədqiqatda Adaptol® preparatı anksiolitik effektivlik və yaxşı keçirilmə nümayiş etdirmiş, təşviş pozuntularının həm psixoloji, həm də somatik təzahürlərini yaxşılaşdırmışdır. Əldə edilmiş nəticələr preparatın ilkin tibbi yardım səviyyəsində, xüsusilə də, təşvişin ağır formaları zamanı istifadəsinin mümkünlüyünü təsdiq edir.

Əsas faktlar

“Materiallar və metodlar” bölməsi

“Müdaxiləsiz, müşahidəli tədqiqat Latviyada bir neçə ümumi təcrübə həkiminin kabinetində aparılmışdır.”
“Tədqiqata yetkin ambulator pasiyentlər (18-70 yaş) daxil edilmiş, təşvişin müalicəsi üçün onlara Adaptol® 500 mq tabletləri preparatın istifadə təlimatına uyğun olaraq ən azı üç həftə ərzində gündə iki dəfə olmaqla təyin edilmişdir.”

“Pasiyentlərdə yüngül və ya orta dərəcəli təşvişin (GAD-7 generalizə olunmuş təşviş pozuntusu şkalası üzrə 5-14 xal) və təşviş pozuntusunun məlum fiziki və ya digər psixi pozuntularla izah edilə bilinməyən ən azı iki somatik simptomunun (təngnəfəslik, ürəkdöyünmə, sinədə narahatlıq hissi, ürəkbulanma, mədə-bağırsaqda narahatlıq, tərləmə, titrəmə və ya istilik basmaları hissi) olması tələb olunurdu.”

“GAD-7 göstəricisinin müalicə kursundan əvvəl və sonra dəyişməsi cütləşdirilmiş t-testindən istifadə edilməklə 5% əhəmiyyətlilik səviyyəsində qiymətləndirilmişdir”.


“Effektivlik” bölməsi

Təşviş

“Adaptol® preparatı ilə müalicə təşviş səviyyəsinin və somatik şikayətlərin azalması ilə müşayiət olunmuşdur.”

“Daha güclü təsir kişilərdə (statistik əhəmiyyət testi aparılmadan) və ilkin səviyyədə təşvişin şiddəti daha güclü olan pasiyentlərdə müşahidə edilmişdir ki, bu da GAD-7 şkalasının ilkin göstəriciləri ilə müalicədən sonrakı dəyişikliklər arasındakı korrelyasiya ilə təsdiq edilmişdir (r = 0,5).”

“Müalicədən sonra GAD-7 şkalası üzrə orta göstərici 6,4 xala qədər azalmışdır (±3,6; diapazon 0–17). Bu dəyər 10,9 xallıq ilkin orta göstəricidən statistik cəhətdən əhəmiyyətli dərəcədə aşağıdır (p < 0,05; ikitərəfli cütləşdirilmiş t-testi).”

“Orta dəyişiklik 4,5 xal təşkil etmişdir (±3,4; min. – maks. −13 və −5) ki, bu da klinik cəhətdən əhəmiyyətli yaxşılaşmadır.”

“Bütün yaş qruplarında təşviş kişilərdə qadınlara nisbətən daha çox azalmışdır, eyni zamanda, müalicəyə daha böyük cavab 50–59 yaşlı kişilərdə müşahidə olunmuşdur (GAD-7 üzrə orta dəyişiklik −7,5 xal)…”

“Klinik cəhətdən əhəmiyyətli yaxşılaşma (GAD-7 şkalası üzrə 4 xal və daha çox) pasiyentlərin 67%-də (53 / 79) müşahidə olunmuşdur.”

“Pasiyentlərin yalnız 9%-də təşviş simptomlarının yaxşılaşması müşahidə olunmamışdır, halbuki yüngül və orta dərəcəli təşvişdən əziyyət çəkən pasiyentlərin 67%-i və ağır dərəcəli təşvişi olan pasiyentlərin 100%-i klinik cəhətdən əhəmiyyətli yaxşılaşma nümayiş etdirmişdir.”


“…birləşdirilmiş məlumatların korrelyasiya analizi GAD-7 şkalası üzrə ilkin göstəricilərlə üç həftəlik müalicədən sonra yaxşılaşma dərəcəsi arasında əlaqənin olduğunu nümayiş etdirmişdir ki, bu da yüngül və orta dərəcəli təşvişdən əziyyət çəkən pasiyentlərlə müqayisədə daha güclü təşvişdən əziyyət çəkən pasiyentlərin müalicədən daha böyük fayda əldə edə biləcəklərini güman etməyə imkan verir.”


Somatik simptomlar

“Ürəkdöyünmə, sinədə narahatlıq, mədə-bağırsaq pozuntuları kimi simptomların və vegetativ simptomların yaxşılaşması qeydə alınmışdır..”

“Somatik simptomların azalması tədqiqat iştirakçılarının 87%-də qeydə alınmışdır.”

“Simptomların azalması kişilərdə qadınlara nisbətən daha nəzərəçarpan olmuşdur, əhəmiyyətli yaxşılaşma kişilərin 67%-də, qadınların isə 44%-də müşahidə olunmuşdur…”

“Somatik simptomlar yüngül və orta dərəcəli simptomları olan pasiyentlərin 87%-də və ağır dərəcəli simptomları olan pasiyentlərin 100%-də yaxşılaşmışdır.”

“Somatik simptomların yaxşılaşmaları GAD-7 şkalası üzrə göstəricilərin azalması ilə müşayiət olunmuşdur.”


Yaşlı və komorbid pasiyentlər

“Bütün pasiyentlərin təxminən üçdə bir hissəsi 60 yaş və yuxarı insanlar olmuşdur və onlar yanaşı müalicə qəbul etmişdilər. Bu müşahidələr Adaptol® preparatının ürək-damar preparatları ilə birlikdə təyin edildikdə yaşlı pasiyentlər tərəfindən yaxşı keçirildiyini göstərən əvvəlki məlumatlarla uzlaşır.”


3. Təhlükəsizlik

“Gözlənilməz əlavə təsirlər müşahidə edilməmişdir.”

“Pasiyentlərin heç bir alt qrupunda əlavə təsirlər və ya tendensiyalar qeydə alınmamışdır.”

“Adaptol® tədqiqatın bütün iştirakçıları tərəfindən yaxşı keçirilmişdir.”

“Bu, belə güman etməyə imkan verir ki, pasiyentlərin həssas kateqoriyalarında (yaşlılarda və yanaşı xəstəlikləri olan və hazırda müalicə qəbul edən şəxslərdə) Adaptol® preparatının istifadəsi müşahidə edilən müalicə müddətində təhlükəsiz və yaxşı keçiriləndir.”

Müəlliflər: Maris Taube, Guna Dansone, Yulia Troshina