Sayt kukilərdən istifadə edir
Saytımız saytın performansını, səmərəliliyini və rahatlığını yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz kukilərdən istifadə ilə razılaşırsınız Daha ətraflı
Rusiya Səhiyyə Nazirliyinin “N.İ. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti” AT FDBTM, Moskva, Rusiya
Tədqiqatın məqsədi. Uşaq və yeniyetmələrdə gərginlik baş ağrısının profilaktik müalicəsində noofen preparatının (γ-aminfenilyağ turşusu hidroxlorid) effektivliyinin qiymətləndirilməsi. Material və metodlar. GBA olan, noofen preparatını 2 ay ərzində gündə 2-3 dəfə 15-20 mq/kq dozada qəbul edən 8-16 yaş arası 30 pasiyent müayinə olunmuşdur. Nəzarət qrupu eyni yaşda olan, tənəffüs gimnastikası təyin edilmiş 30 pasiyentdən ibarət olmuşdur. Müalicədən əvvəl və müalicə müddətində baş ağrısının xüsusiyyətləri, HIT-6 və PedMIDAS metodikaları üzrə onun gündəlik fəallığa təsiri, SCAS uşaq təşviş şkalası üzrə təşviş pozuntularının təzahürləri, uşaq şkalası üzrə yuxu pozulmalarının dinamikası qiymətləndirilmişdir. Nəticələr və yekun rəy. Noofen preparatı ilə müalicə fonunda GBA-nın tezliyinin, müddətinin və intensivliyinin azalması ilə yanaşı pasiyentlərin gündəlik fəallığında müsbət dinamika, eləcə də GBA-nın risk amillərinə aid edilən təşviş təzahürlərinin və yuxu pozuntularının azalması müəyyən edilmişdir. Müalicənin 1-ci ayından başlayaraq, baş ağrısı səbəbindən tamamilə “itirilmiş” günlərin və fəallığın azaldığı günlərin (məhsuldarlığın 50%-dən çox azalması) sayının əhəmiyyətli dərəcədə azalması müşahidə olunmuşdur.
Açar sözlər: gərginlik baş ağrısı, uşaqlar, yeniyetmələr, profilaktik müalicə, noofen.
Preventive treatment of tension headache in children and adolescents
E.M. SHYPILOVA, N.N. ZAVADENKO, YU.E. NESTEROVSKIY
Pirogov Russian National Research Medical University, Moscow, Russia
Objective. To assess the efficacy of noophen (y-amino-P-phenylbutyric acid hydrochloride) in the preventive treatment of tension-
type headache (TTH) in children and adolescents. Material and methods. The study included 30 patients with TTH, aged from 8
to 16 years, treated with noophen in dose of 15—20 mg/kg per day (2—3 times perorally) during 2 month. Before and during the
treatment characteristics of headache, its influence on daily activities were assessed with HIT-6 and PedMIDAS, anxiety disorders
were assessed with SCAS, the dynamics of sleep disturbances in children were evaluated. Results and conclusion. A significant
decrease in the frequency, duration and intensity of TTH as well as positive changes in daily life activities and reduction of anxiety
and sleep disorders manifestations, which are the risk factors for TTH, were demonstrated during the treatment with noophen.
Starting from the first month of treatment, there was a significant decrease in the number of days completely lost because of
headache and days with the reduced activity (a decrease in the productivity by >50%).
Keywords: tension headache, children, adolescents, preventive treatment, noophen.
Baş ağrılarının sonuncu beynəlxalq təsnifatında (BABT)(3-cü nəşr, beta-versiya, 2013; BABT-3 beta) [1] gərginlik baş ağrısı (GBA) baş beyinin, eləcə də baş və boyun nahiyəsində yerləşən digər strukturların üzvi zədələnməsi ilə əlaqəli olmayan birincili sefalgiyalara aid edilmişdir. Tutmaların tezliyinə görə GBA aşağıdakı kimi bölünür: orta hesabla ayda 1 dəfədən az (ildə 12 dəfədən az) yaranan nadir epizodik, tez-tez epizodik — 3 aydan artıq müddətdə ayda orta hesabla 1 dəfədən 14 dəfəyədək (ildə 12 gündən 180 günədək) və xroniki — 3 aydan artıq müddətdə ayda orta hesabla 15 dəfədən çox (ildə 180 gündən çox). Epizodik GBA-nın diaqnozunun qoyulması üçün diaqnostik meyarlara uyğun olan ən azı 10 baş ağrısı epizodunun olması lazımdır [1]. Baş və boyun səthinin əzələlərinin palpasiyası zamanı ağrı hissinin olub-olmamasından asılı olaraq, “perikranial əzələlərin gərilməsi ilə” və “gərilməsi olmadan” GBA ayırd edilir. [1, 2]. Pediatrik populyasiyada epizodik GBA-nın tezliyi 12-25%-ə, xroniki GBA-nın (əsasən yeniyetmələrdə qeydə alınır) tezliyi isə təxminən 1%-ə çatır [3]. Beləliklə, GBA uşaq və yeniyetmələrdə baş ağrısının ən çox yayılmış forması hesab olunur.
GBA sıxıcı, təzyiqedici və ya göynədici (pulsasiya etməyən) xarakterli, ikitərəfli, yüngül və ya mülayim baş ağrılarıdır. Ağrı tutması 30 dəqiqədən bir neçə günədək, lakin bir həftədən az davam edir (ağrının intensivliyi bir qədər dəyişir). GBA işıqdan və ya səsdən qorxma (lakin eyni zamanda deyil) ilə müşayiət oluna bilər, adi fiziki fəaliyyətin təsiri altında güclənmir və qusma ilə müşayiət olunmur. Xroniki GBA zamanı ürəkbulanma ola bilər.
GBA-nın yaranmasına zəmin yaradan amillər pasiyentdə yüksək səviyyədə təşvişin olması, əhəmiyyətli psixi travma yaradan vəziyyətin mövcud olması, yeni şəraitə uyğunlaşmanın çətinlikləri, psixoloji cəhətdən və əzələ rahatlığına nail ola bilməmək, yuxunun pozulmalarıdır. Bundan əlavə, müasir uşaqlarda tez-tez rast gəlinən psixi yorulmanı, görmə ilə bağlı yüklənmələri (o cümlədən kompüter oyunları ilə əlaqəli), statik (pozotonik) gərginliyi (baş və boyunun uzun müddət narahat
pozada qalmasını) da nəzərə almaq lazımdır [4].
Əgər daha əvvəllər GBA-nın inkişafında əsas əhəmiyyət psixogen mexanizmlərə verilirdisə, son illərdə aparılan tədqiqatların nəticələri xəstəliyin neyrobioloji xarakterini təsdiq etmişdir. [3, 5]. GBA-nın patogenezi perikranial əzələlərdən izafi nosiseptiv afferentasiya, ağrı hədlərinin və antinosiseptiv sistemin aktivliyinin azalması, beyin kötüyünün inhibitor mexanizmlərinin çatışmazlığı nəticəsində üçlü sinirin və onurğa beyninin boyun şöbəsinin arxa buynuzlarının nüvələr kompleksinin mərkəzi sensitizasiya fenomeni ilə əlaqədardır. Eyni zamanda perikranial əzələlərdə patoloji dəyişikliklər klinik olaraq palpasiya zamanı ağrı hissi ilə təzahür edən periferik sensitizasiyaya səbəb olur [6, 7].
GBA-nın farmakoloji müalicəsində həm baş ağrısının aradan qaldırılması, həm də onun profilaktikası üçün nəzərdə tutulmuş dərman vasitələrindən istifadə olunur [5, 8]. Tezliyi həftədə 2 dəfədən çox olan epizodik GBA zamanı tutmaların analgetiklərlə aradan qaldırılmasına deyil, profilaktik müalicəyə üstünlük verilməlidir. Xroniki GBA zamanı ağrıkəsici preparatların effektivliyi şübhəlidir və onlar dərman səbəbindən yaranan baş ağrısının inkişafına səbəb olurlar, buna görə də profilaktik müalicə əsas əhəmiyyət kəsb edir.
GBA-nın profilaktik müalicəsində qeyri-farmakoloji metodlar effektivdir [5, 9]. Buna görə də, müalicənin mühüm hissəsi pasiyentə GBA-nın təbiətinin, o cümlədən emosional amillərin və perikranial əzələlərin həddən artıq gərginləşməsinin rolunun izah edilməsidir. GBA-nın qeyri-farmakoloji müalicəsinin və profilaktikasının aşağıdakı zəruri komponentlərini ayırd etmək olar: təhrikedici amillərin istisna edilməsi, qidalanma və yuxu gigiyenası rejimlərinə əməl olunması, müntəzəm sağlamlaşdırıcı idman yüklənməsi, eləcə də psixoloji və əzələ relaksasiyası metodikalarının öyrənilməsi. Əzələ-tonik sindromun şiddətinin azaldılmasına yönəlmiş metodlar böyük əhəmiyyət kəsb edir: postizometrik əzələ boşalması, yaxalıq zonasının masajı, su prosedurları, tənəffüs-relaksasiya təlimi, autogen məşq, koqnitiv-davranış terapiyası.
Noofen preparatı — trankvilonootropdur, γ-aminyağ turşusu (QAYT) və feniletilaminin törəməsidir — γ-amin-P-fenilyağ turşusu hidroxlorid. Nootrop, adaptogen və trankvilizəedici xüsusiyyətlərin klinik cəhətdən əhəmiyyətli birləşməsinə malikdir, bu xüsusiyyətlər onun QAYT-B reseptorlarına təsiri ilə əhəmiyyətli dərəcədə əlaqədardır. Preparat yaddaşı və öyrənmə qabiliyyətini stimullaşdırır, fiziki iş qabiliyyətini artırır, psixoemosional gərginliyi, təşvişi, qorxunu aradan qaldırır və yuxunu yaxşılaşdırır, yavaş və tez yuxu fazalarının müddətini artırır. Trankvilizatorlardan fərqli olaraq, noofen psixoloji göstəricilərin: diqqətin, yaddaşın, dəqiqliyin, hissi-hərəki reaksiyaların sürətinin yaxşılaşmasına təsir edir. Noofenin nootrop xüsusiyyətləri baş beyinin yarımkürələrində və beyincikdə QAYT-nin konsentrasiyasının artırılması ilə QAYTergik neyromediator ötürülmənin yaxşılaşmasına, neyronlar tərəfindən qlükozanın mənimsənilməsini artırmaq qabiliyyəti sayəsində antihipoksik
təsirə, metabolik proseslərin aktivləşməsinə, neyronların funksional xüsusiyyətlərinin yaxşılaşmasına əsaslanır. Noofenin istifadəsi üzrə eksperimental tədqiqatlar göstərmişdir ki, QAYTergik neyromediator sistemi öyrənmə və effektiv uyğunlaşma üçün zəruri olan daxili tormozlanmanın istehsalında və reallaşmasında iştirak edir. Preparat kortikal strukturların subkortikal, o cümlədən limbik strukturlar üzərində nəzarətedici funksiyasının güclənməsinə kömək edir, eləcə də mərkəzi serotoninergik proseslərin aktivliyinin azalmasına mane olur [10, 11].
Tədqiqatın məqsədi — noofen preparatının (γ-amin-P-fenilyağ turşusu hidroxlorid) GBA-nın profilaktik müalicəsində effektivliyinin qiymətləndirilməsidir.
Tədqiqatda GBA-dan əziyyət çəkən 8-16 yaşlı 60 pasiyent sayca oxşar olan 2 qrupa randomizə olunmuşdur. Əsas qrup 2 ay ərzində noofen qəbul edən 30 pasiyentdən ibarət idi. Nəzarət qrupuna daxil olan 30 pasiyentə isə dərman müalicəsi təyin edilməmişdir (tənəffüs gimnastikası). Hər iki qrupda pasiyentlərin cins və yaş üzrə paylanması 1-ci cədvəldə göstərilmişdir.
Müalicənin başlanmasına qədər bütün pasiyentlər 2 ay ərzində müşahidə olunmuş və valideynləri ilə birlikdə gündəlik olaraq özlərini necə hiss etdiklərini qeyd etmişlər, gündəlikdə GBA-nın tarixləri, müddəti, intensivliyi, onların ümumi əhvala və gündəlik fəallığa təsiri qeyd olunmuşdur. Bu müddət ərzində onlar GBA-nın hər hansı profilaktik müalicəsini (nə farmakoloji, nə də qeyri-farmakoloji metodlarla) qəbul etməmişlər. Tədqiqata daxil edilmə meyarları təsdiqlənmiş GBA diaqnozu, pasiyentlərin yaşının 8-dən 16-dək (daxil olmaqla) olması, GBA diaqnozunun BABT-2 və BABT-3 beta meyarlarına uyğun olması [1], GBA-nın tezliyinin 3 ay və ya daha artıq müddət ərzində epizodik baş ağrıları zamanı ayda 1 dəfədən 15 dəfəyədək, xroniki baş ağrıları zamanı isə ayda 15 dəfədən çox olması; tədqiqata başlamazdan 3 ay əvvəl GBA-nın profilaktik müalicəsinin aparılmaması; tədqiqatın hər hansı prosedurunun aparılmasından əvvəl pasiyentin valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən məlumatlandırılmış razılıq formasının imzalanması hesab edilmişdir. Tədqiqata daxil edilməmə meyarlarına aşağıdakılar aid edilirdi: pasiyentlərin yaşının 8-dən az və 16-dan çox olması; GBA-nın tezliyinin 3 ay və ya daha artıq müddət ərzində ayda 1 dəfədən az olması (nadir epizodik baş ağrıları); astenik təzahürlərlə müşayiət olunan yanaşı somatik xəstəliklərin mövcud olması; keçirilmiş və ya yanaşı nevroloji xəstəliklərin, o cümlədən epilepsiyanın, kəllə-beyin travmasının, neyroinfeksiyanın (meningit, ensefalit) sinir sisteminin autoimmun xəstəliklərinin, irsi mübadilə xəstəliklərinin, neyrodegenerasiyaların mövcud olması; anamnezdə psixotik pozuntuların, alkoqol/narkotik qəbulunun göstərilməsi; pasiyentin və onun valideynlərinin və ya onları əvəz edən şəxslərin tədqiqata daxil olan gəlişləri və prosedurları yerinə yetirməkdən
Cədvəl 1. GBA-lı pasiyentlərin qruplar, cins və yaş üzrə paylanması
| Göstərici | Əsas qrup (n=30) | Nəzarət qrupu (n=30) | ||
| k | q | k | q | |
| 8-11 yaşlı pasiyentlər | 5 | 5 | 10 | 5 |
| 12-16 yaşlı pasiyentlər | 10 | 10 | 5 | 10 |
| Cəmi | 15 | 15 | 15 | 15 |
imtina etməsi.
Noofen 250 mq kapsul formasında 2 ay ərzində gündə 15-20 mq/kq dozada 2-3 dəfə peroral təyin edilmişdir (pasiyentlərin aktivlik dövründə maksimum effekt üçün sonuncu qəbul saat 18.00-dən gec olmayaraq): 8-10 yaşlı uşaqlar 1 kapsul gündə 2 dəfə, 10 yaşdan yuxarı yeniyetmələrə 1 kapsul gündə 3 dəfə. Bütün pasiyentlərə müalicənin 1-ci həftəsi ərzində dozanı tədricən artırmaq tövsiyə olunmuşdur. Noofen monoterapiya şəklində təyin edilmişdir.
Nəzarət qrupunun pasiyentləri dərman müalicəsi qəbul etməmişdir. Baş ağrılarının müalicəsində qeyri-farmakoloji yanaşmalara marağın artmasını nəzərə alaraq, onlara tənəffüs gimnastikası — A.N. Strelnikovanın metoduna əsaslanan xüsusi hərəkətlər kompleksi təyin edilmişdir [12]. Kompleksdə gücləndirilmiş nəfəsalma və eyni zamanda qolların, bədənin və ayaqların aktiv hərəkətlərindən ibarət olan dinamik tənəffüs hərəkətlərindən istifadə olunmuşdur. Nəfəsalma zamanı döş qəfəsi genişlənmir, sıxılır (qollarla əhatə olunur və ya bədənin əyilmələri və dönmələri sayəsində genişlənmir). A.N. Strelnikovanın tənəffüs gimnastikasının əsas kompleksi 11 hərəkətdən ibarətdir: “Ovuclar”, “Çiyinlər”, “Nasos”, “Pişik”, “Çiyinlərini qucaqla”, “Böyük rəqqas”, “Başın dönmələri”, “Qulaqlar”, “Kiçik rəqqas”, “Yuvarlanmalar”, “Addımlar”. Gimnastikanı ilk 3 hərəkətdən başlamaq və onları hər biri 8 nəfəsalma hərəkəti olmaqla 12 dəfə yerinə yetirmək tövsiyə olunmuşdur. Hər növbəti gün pasiyentlər bir yeni hərəkət öyrənirdilər. Bir məşğələnin müddəti təxminən 30 dəqiqədir. Hərəkətlər kompleksinin 3-4 yaşdan başlayaraq uşaqlar tərəfindən yerinə yetirilməsi mümkündür. Hərəkətlərin düzgün yerinə yetirilməsi üçün pasiyentlərə və onların valideynlərinə ətraflı məlumatların təsvir edildiyi bukletlər verilmişdir. Bu hərəkətlərlə 2 ay ərzində hər gün, gündə 1 dəfə məşğul olmaq tövsiyə edilmişdir.
Tədqiqatdan əvvəlki 2 ay və 2 aylıq müalicə müddəti ərzində pasiyentlər aşağıdakı müayinələrdən keçmişdilər.
Gəlişlər arasında noofenlə müalicənin effektivliyinin dinamikası asılı seçmələr üçün t-testin və Vilkokson meyarının köməyi ilə müqayisə edilmişdir. Statistik təhlil SPSS Statistica 23 proqramından istifadə edilməklə aparılmışdır.
Cədvəl 2. Noofen preparatı ilə 2 ay ərzində müalicə fonunda GBA xüsusiyyətlərinin dinamikası (M±m)
| Göstərici (orta hesabla 1 ay ərzində) | Əsas qrup (n=30) | Nəzarət qrupu (n=30) | ||
| müalicəyə qədər | müalicədən sonra | müayinəyə qədər | müayinədən sonra | |
| GBA tutmalarının orta sayı | 14,3±1,5 | 6,4±0,9* | 14,4+1,9 | 9,9±1,4* |
| GBA-nın orta müddəti, saat | 4,7±0,8 | 3,1±0,4* | 6,1±1,2 | 4,2±0,9* |
| VAŞ üzrə GBA-nın adi intensivliyi, xallar | 5,6±0,2 | 4,0±0,3* | 5,7±0,3 | 4,6±0,2* |
Qeyd. * — müalicəyə qədər və müalicədən sonra göstəricilərin fərqləri etibarlıdır, p<0,001.
4 ay ərzində müayinəni 60 pasiyentin hamısı tamamlamışdır.
Noofenlə müalicə yaxşı keçirilmiş, ciddi əlavə təsir halları qeydə alınmamışdır. Bir halda (13 yaşlı oğlan) noofenin qəbulunun 2-ci günü gündüz vaxtı yuxululuğun artması şəklində əlavə təsir qeydə alınmış və 3-4 gün ərzində öz-özünə keçib getmişdir.
Müayinə olunmuş pasiyentlərdə GBA-nın əsas xüsusiyyətlərinin dinamikası 2-ci cədvəldə təqdim edilmişdir. Hər iki qrupda GBA-nın tezliyinin, müddətinin, eləcə də VAŞ üzrə qiymətləndirmə zamanı GBA-nın intensivliyinin əhəmiyyətli dərəcədə azalması qeydə alınmışdır.
Əsas qrupda 2 aylıq müalicə ərzində GBA-nın gedişatında müsbət dəyişikliklər baş ağrısının gündəlik fəallığa təsirinin qiymətləndirilməsində aydın müsbət dinamika ilə müşayiət olunmuşdur — HIT-6 metodikası üzrə orta göstərici 56,5±1,5 xaldan 51,0±1,4 xaladək azalmışdır (р<0,001), halbuki nəzarət qrupunda onun azalması daha az əhəmiyyətli olmuşdur — 56,6±1,4 xaldan 55,6±1,1 xaladək (р<0,05). Noofenlə müalicəyə qədər HIT-6 metodikası üzrə baş ağrılarının mənfi təsiri 10 pasiyentdə güclü, 7 pasiyentdə əhəmiyyətli, 8 pasiyentdə müəyyən və 5 pasiyentdə cüzi kimi qiymətləndirilirdisə, müalicə fonunda baş ağrılarının güclü mənfi təsiri hallarının sayı 4-dək, əhəmiyyətli —5-dək azalmışdır, halbuki müəyyən təsir 9 pasiyentdə, cüzi təsir isə 12 pasiyentdə qeydə alınmışdır (şəklə baxın). Nəzarət qrupunda yalnız 3 pasiyentdə GBA-nın gündəlik fəallığa təsir dərəcəsinin azalması, 1 pasiyentdə isə artması müşahidə edilmişdir.
PedMIDAS anketinin göstəricilərinin nəticələrinə əsasən, noofen ilə müalicə fonunda gündəlik fəallıq göstəricilərinin müsbət dinamikası artıq müalicənin 1-ci ayında təsdiqlənmişdir (cədvəl 3). Noofen qəbul etmiş pasiyentlər qrupunda ay ərzində pasiyentlərin baş ağrısı səbəbindən məktəbdə dərsləri tam və ya qismən buraxdıqları, məktəbdə yarıgüclə məşğul olduqları, evdə adi işlərlə məşğul ola bilmədikləri, fəal istirahətdə iştirak edə bilmədikləri və ya onunla yarıgüclə məşğul olduqları günlərin sayı əhəmiyyətli dərəcədə azalmışdır. Müalicənin 2-ci ayında sadalanan bütün göstəricilər daha əhəmiyyətli yaxşılaşma ilə xarakterizə olunurdular. Nəzarət qrupunda müşahidənin 2-ci ayında yaxşılaşmağa meyl qeydə alınmışdır.
Pasiyentlərin və onların valideynlərinin anket məlumatlarına əsasən, SCAS uşaq təşviş şkalası üzrə təşviş simptomlarının dinamikası 4-cü cədvəldə göstərilmişdir. Noofen ilə müalicədən sonra həm valideynlərin, həm də pasiyentlərin qiymətləndirmələrinə görə, orta xal əhəmiyyətli dərəcədə azalmışdır. Eyni zamanda subşkalalar üzrə qiymətlərin
əhəmiyyətli dərəcədə azalması müəyyən edilmişdir: “panik pozuntunun və aqorafobiyanın təzahürləri”,
“sosiofobiyanın təzahürləri”, “obsessiv-konvulsiv təzahürlər”, “generalizə olunmuş təşviş təzahürləri”.
Nəzarət qrupunda müayinə olunmuş uşaq və yeniyetmələrdə valideynlərin qiymətləndirmələrinə görə təşviş simptomlarının şiddəti əhəmiyyətli dərəcədə dəyişməmişdir, uşaqların öz qiymətləndirmələrinə görə azalmışdır, lakin noofen qəbul edən pasiyentlər qədər əhəmiyyətli dərəcədə deyil. Təşvişin pasiyentlərin özləri tərəfindən qiymətləndirilmə məlumatlarına əsasən, 2 ay müşahidə müddəti ərzində təşvişin şiddəti hər iki qrupda bir qədər azalmışdır, lakin bu dəyişikliklər cüzi olmuşdur.
Əsas qrupdakı pasiyentlərdə yuxu pozulmalarının şkalası, eləcə də “yuxunun başlanması və davam etməsi”, “yuxuda tənəffüs pozulmaları”, “yuxudan ayıqlığa keçidin pozulmaları”, “yuxuya həddən artıq meyllilik” subşkalaları üzrə aydın müsbət dinamikanı qeyd etmək lazımdır. Nəzarət qrupunda bu dərəcədə müsbət dəyişikliklər aşkar edilməmişdir, lakin “oyanmanın pozulmaları”, “yuxudan ayıqlığa keçidin pozulmaları”, “yuxuya həddən artıq meyllilik” kimi xüsusiyyətlər hesabına müsbət dinamika müşahidə olunmuşdur.
Tədqiqatda uşaq və yeniyetmələrdə GBA-nın profilaktik müalicəsində 2 ay ərzində təyin edilmiş noofenin müsbət təsiri nümayiş etdirilmişdir. Noofen ilə müalicə fonunda uşaq və yeniyetmə yaşlı pasiyentlərdə GBA-nın tezliyinin, müddətinin və intensivliyinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunmuş və bütün bunlar gündəlik fəallıq göstəricilərinin aydın müsbət dinamikası, təşviş təzahürlərinin və yuxu pozulmalarının azalması ilə müşayiət olunmuşdur. Müalicənin 1-ci ayında həm baş ağrısı səbəbindən tamamilə “itirilmiş” günlərin, həm də məktəbdə, ev işlərində və istirahət məşğuliyyətində fəallığın azaldığı (məhsuldarlığın 50%-dən çox azalması) günlərin sayının əhəmiyyətli dərəcədə azalması müşahidə edilmişdir. Noofenin bu tədqiqatda təsdiq edilmiş anksiolitik təsiri də vacib əhəmiyyət kəsb edir. Nəzarət qrupundakı pasiyentlərdə təşvişin əhəmiyyətli dərəcədə azalması müşahidə edilməmişdir. Müasir nəşrlərdə GBA olan uşaq və yeniyetmələrdə serebroastenik və koqnitiv pozuntuların yüksək rastgəlmə tezliyinə diqqət yetirilir [17]. Digər tərəfdən, uşaq yaşlarında baş ağrılarının prediktorları arasında diqqəti cəmləmənin pozulması və hiperaktivliklə müşayiət olunan diqqət çatışmazlığı sindromu (HDÇS), məktəbdə öyrənmənin spesifik çətinlikləri (disleksiya, disqrafiya, diskalkuliya), koqnitiv fəaliyyətin yavaş tempi,
Tədqiqatda uşaq və yeniyetmələrdə GBA-nın profilaktik müalicəsində 2 ay ərzində təyin edilmiş noofenin müsbət təsiri nümayiş etdirilmişdir. Noofen ilə müalicə fonunda uşaq və yeniyetmə yaşlı pasiyentlərdə GBA-nın tezliyinin, müddətinin və intensivliyinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunmuş və bütün bunlar gündəlik fəallıq göstəricilərinin aydın müsbət dinamikası, təşviş təzahürlərinin və yuxu pozulmalarının azalması ilə müşayiət olunmuşdur. Müalicənin 1-ci ayında həm baş ağrısı səbəbindən tamamilə “itirilmiş” günlərin, həm də məktəbdə, ev işlərində və istirahət məşğuliyyətində fəallığın azaldığı (məhsuldarlığın 50%-dən çox azalması) günlərin sayının əhəmiyyətli dərəcədə azalması müşahidə edilmişdir. Noofenin bu tədqiqatda təsdiq edilmiş anksiolitik təsiri də vacib əhəmiyyət kəsb edir. Nəzarət qrupundakı pasiyentlərdə təşvişin əhəmiyyətli dərəcədə azalması müşahidə edilməmişdir. Müasir nəşrlərdə GBA olan uşaq və yeniyetmələrdə serebroastenik və koqnitiv pozuntuların yüksək rastgəlmə tezliyinə diqqət yetirilir [17]. Digər tərəfdən, uşaq yaşlarında baş ağrılarının prediktorları arasında diqqəti cəmləmənin pozulması və hiperaktivliklə müşayiət olunan diqqət çatışmazlığı sindromu (HDÇS), məktəbdə öyrənmənin spesifik çətinlikləri (disleksiya, disqrafiya, diskalkuliya), koqnitiv fəaliyyətin yavaş tempi,
| Cədvəl 3. PedMIDAS anketi üzrə GBA-nın gündəlik fəallığa təsiri (M±m) | ||||||
| 1 ay ərzində günlərin sayı | Əsas qrup (n=30) | Nəzarət qrupu (n=30) | ||||
| müalicəyə qədər | Müalicənin 1-ci ayı | Müalicənin 2-ci ayı | müalicəyə qədər | 1-ci ay | 2-ci ay | |
| Baş ağrısı qeydə alınmışdır | 14,3±1,5 | 9,7±1,2*** | 6,4±0,9*** | 14,0±1,7 | 11,9±1,5** | 9,7±1,4*** |
| Baş ağrısı səbəbindən məktəbdə dərslərin tam buraxıldığı günlər | 2,8±0,5 | 1,4±0,3*** | 0,6±0,2*** | 1,0±0,2 | 1,0±0,2 | 0,8±0,2 |
| Baş ağrısı səbəbindən məktəbdə dərslərin qismən buraxıldığı günlər | 1,4±0,3 | 0,8±0,3* | 0,5±0,1** | 1,3±0,3 | 1,0±0,4 | 0,9±0,3 |
| Baş ağrısı səbəbindən məktəbdə yarıgüclədən də az məşğul olmuşdur | 3,8±0,9 | 2,5±0,6** | 1,1±0,3*** | 4,0±1,1 | 2,7±0,7* | 2,4±0,6* |
| Baş ağrısı səbəbindən ev işləri ilə məşğul ola bilməmişdir (gündəlik işləri, ev tapşırıqlarını və s. yerinə yetirmək) | 2,3±0,5 | 1,3±0,3** | 0,5±0,2*** | 1,2±0,4 | 1,0±0,3 | 0,9±0,3 |
| Baş ağrısı səbəbindən fəal istirahətdə (oyunlar, gəzintilər, idman məşğələləri) iştirak edə bilməmişdir | 4,9±0,9 | 2,8±0,6*** | 0,9±0,2*** | 3,2±1,1 | 2,6±1,0** | 2,2±1,0** |
| Fəal istirahətdə iştirak edə bilmiş, lakin yarıgüclədən də az məşğul olmuşdur | 2,0±0,5 | 0,9±0,3** | 0,5±0,2** | 1,4±0,3 | 1,1±0,2 | 1,2±0,3 |
Cədvəl 4. GBA-lı pasiyentlərdə təşviş pozuntularının və yuxu pozulmalarının təzahür şiddətinin dinamikası (M±m)
| GBA-nı müşayiət edən pozuntuların xüsusiyyətləri | Əsas qrup (n=30) | Nəzarət qrupu (n=30) | ||
| müalicəyə qədər | müalicədən sonra | müalicəyə qədər | müalicədən sonra | |
| Valideynlərin qiymətləndirmələrinə görə (SCAS) təşviş pozuntusunun simptomları, xallar | 28,3±2,4 | 24,9±2,2*** | 22,8±1,9 | 22,8±1,9 |
| panik pozuntunun və aqorafobiyanın təzahürləri | 3,4±0,6 | 2,8±0,6* | 2,5±0,4 | 2,6±0,4 |
| ayrılıqla əlaqəli təşviş | 4,9±0,7 | 4,7±0,6 | 3,2±0,5 | 3,0±0,4 |
| bədən xəsarətləri almaq qorxusu | 5,5±0,5 | 5,0±0,4 | 4,4±0,5 | 4,4±0,5 |
| sosiofobiya | 6,7±0,7 | 5,5±0,5* | 6,0±0,5 | 6,0±0,5 |
| obsessiv-kompulsiv təzahürlər | 2,3±0,4 | 2,1±0,4 | 2,0±0,4 | 2,1±0,4 |
| generalizə olunmuş təşvişin təzahürləri | 5,6±0,5 | 4,9±0,4* | 4,6±0,4 | 4,7±0,5 |
| Pasiyentlərin öz qiymətləndirmələrinə görə (SCAS) təşviş pozuntusunun simptomları, xallar | 35,9±2,5 | 27,0±1,5*** | 33,3±2,7 | 31,3±2,4** |
| panik pozuntunun və aqorafobiyanın təzahürləri | 4,9±0,7 | 3,1±0,5*** | 4,8±0,6 | 4,2±0,5** |
| ayrılıqla əlaqəli təşviş | 5,8±0,6 | 5,2±0,5 | 4,7±0,5 | 4,2±0,4* |
| bədən xəsarətləri almaq qorxusu | 5,5±0,5 | 5,0±0,4 | 5,8±0,5 | 5,5±0,5 |
| sosiofobiya | 7,4±0,8 | 5,5±0,5** | 6,7±0,7 | 6,6±0,7 |
| obsessiv-kompulsiv təzahürlər | 5,4±0,6 | 3,3±0,4*** | 4,7±0,6 | 4,6±0,6 |
| generalizə olunmuş təşvişin təzahürləri | 6,8±0,6 | 4,9±0,4** | 6,6±0,6 | 6,2±0,5* |
| Yuxu pozulmaları şkalası, xallar | 50,3±2,3 | 43,4±1,6*** | 45,5±1,6 | 43,3±1,4** |
| yuxunun başlanması və davam etməsinin pozulmaları | 16,3±0,9 | 14,6±0,7** | 12,3±0,6 | 11,8±0,5 |
| yuxuda tənəffüsün pozulmaları | 3,8±0,3 | 3,4±0,1* | 3,7±0,2 | 3,6±0,2 |
| oyanmanın pozulmaları | 3,8±0,2 | 3,6±0,1 | 3,9±0,2 | 3,6±0,2* |
| yuxudan ayıqlığa keçidin pozulmaları | 11,3±0,6 | 9,3±0,5*** | 11,7±0,5 | 11,0±0,5** |
| yuxuya həddən artıq meyllilik | 11,9±0,8 | 9,6±0,7*** | 11,3±0,7 | 10,7±0,7* |
| gecə hiperhidrozu | 3,3±0,3 | 2,9±0,3 | 2,7±0,3 | 2,7±0,3 |
emosional pozuntular göstərilir. Mümkündür ki, HDÇS və məktəbdə öyrənmə ilə bağlı problemlər, o cümlədən ailədə uzunmüddətli və çoxsaylı stresslər, məktəbdə gərgin vəziyyət, həmyaşıdlar və digər insanlarla çətin qarşılıqlı münasibətlər təkrarlanan psixo-travmatik vəziyyətlərin təsiri vasitəsilə GBA-nın yaranmasına səbəb olur. Bundan əlavə, uşaq və yeniyetmələrdə göstərilən pozuntuların GBA ilə birləşməsi baş ağrılarının ağırlaşmasına səbəb olur [4]. Funksional xarakterli ağrı
sindromları: müxtəlif lokalizasiyalı mialgiyalar, qarın ağrıları qoşulur. Meteohəssaslıqdan, vestibulyar yüklənmələrə qarşı dözümsüzlükdən, qeyri-sistem xarakterli vaxtaşırı qısamüddətli başgicəllənmə epizodlarından şikayətlər daha şiddətli olur. Vegetativ pozuntuların təzahürləri, yəni arterial təzyiqin başlıca olaraq enməyə meylliliklə qeyri-sabitliyi, bununla əlaqəli olan ortostatik fenomenlər, əl və ayaqların distal şöbələrində soyuqluq hissi güclənir. Bəzi pasiyentlərdə vaxtaşırı subfebril hiper- vəhipotermiya şəklində mərkəzi termotənzimləmənin pozulmaları qoşulur.

HIT-6 metodikası üzrə GBA-nın gündəlik fəallığa təsir dərəcəsi.
а — əsas qrupdakı pasiyentlərdə (noofen); b — nəzarət qrupundakı pasiyentlərdə (tənəffüs gimnastikası).
Ordinat oxu üzrə pasiyentlərin sayı göstərilir.
Yanaşı pozuntular GBA-nın gedişini ağırlaşdırır və pasiyentlərin həyat keyfiyyəti göstəriciləri aşağı düşür. Buna görə də, GBA-nın müalicəsi ağrı sindromunun aradan qaldırılması ilə məhdudlaşmamalıdır, MSS-yə, GBA-nın müxtəlif patogenetik mexanizmlərinə və onları müşayiət edən pozuntulara kompleks təsirə malik olan preparatların istifadəsi tələb olunur. Bu cür xüsusiyyətlərə noofen preparatı malikdir, onun effektivliyi psixovegetativ və təşviş pozuntularının, uşaq və yeniyetmələrdə tiklərin və kəkələmənin müalicəsində təsdiq edilmişdir [18, 19]. HDÇS üzrə tədqiqatda noofenlə müalicənin koqnitiv sferaya, o cümlədən idarəedici nəzarətin, dəstəklənən, istiqamətlənmiş və paylanmış diqqətin, eşitmə-nitq yaddaşının göstəricilərinə farmakoloji müalicənin 1-ci ayında əldə edilmiş müsbət təsir nümayiş etdirilmişdir [20].
Mühüm aspekt GBA-lı pasiyentlərdə yuxu pozulmalarının qiymətləndirilməsidir. Məlumdur ki, yuxu tənzimlənməsinin pozulması epizodik GBA-nın tətikləyici amilidir və onların gedişini mürəkkəbləşdirə və ağırlaşdıra, xroniki formaya keçməsinə səbəb ola bilər [21]. Ədəbiyyatdan əldə edilən məlumatlara əsasən, GBA-lı pasiyentlərdə yuxusuzluq, gündüzlər yuxuya meyllilik, yuxunun subyektiv keyfiyyətinin azalması etibarlı şəkildə daha çox aşkar edilir. Müayinə olunmuş GBA-lı uşaq və yeniyetmələrin əksəriyyətində müxtəlif yuxu pozulmaları mövcud olmuşdur. Yuxuya getmənin çətinliyi, yuxudan ayıqlığa keçidin pozulmaları, tez-tez oyanmalarla səthi yuxu, gündüz yuxuya meylliliyin artması daha tez-tez rast gəlinmişdir. Noofen preparatı ilə müalicə fonunda yuxunun əsas göstəricilərinin müsbət dinamikası qeyri-farmakoloji müalicə qrupu ilə müqayisədə daha aydın şəkildə özünü büruzə vermişdir ki, bu da farmakoloji müalicə qrupunda GBA təzahürlərinin şiddətinin daha qısa müddət ərzində azalması ilə izah olunur.
Beləliklə, bu tədqiqatda GBA-nın profilaktik müalicəsi məqsədilə 2 ay ərzində noofen preparatı ilə müalicənin qeyri-farmakoloji müalicə ilə müqayisədə yüksək effektivliyi nümayiş etdirilmişdir. GBA-nın profilaktikasında tənəffüs gimnastikası kursunun effektivliyinin obyektiv qiymətləndirilməsi ilk dəfə yerinə yetirilmişdir. Güman etmək olar ki, GBA-nın profilaktik farmakoloji müalicəsi qeyri-farmakoloji metodlarla, xüsusilə də, bir neçə ay müddətində tənəffüs gimnastikası ilə gücləndirilə bilər.
Uşaq və yeniyetmələrdə GBA-nın profilaktik müalicəsinə yanaşmalar üzrə yeni tədqiqatların aparılması məqsədəuyğundur.
Müəlliflər maraqların toqquşmasının olmadığını bildirirlər.