Sistitin, adətən, barəsində
danışılmayan səbəbləri
Postkoital sistit və ya cinsi əlaqədən sonra yaranan dizuriya — sidik kisəsinin residivləşən xarakterli iltihabının xüsusi formasıdır. Cinsi əlaqədən sonra 12–36 saat ərzində yaranır. Daha nadir hallarda uşaqlıq yolunda digər manipulyasiyalardan (həkim tərəfindən vaginal müayinə və s.) sonra baş verir1.
Postkoital sistit: aşağı sidik yollarının infeksiyalarının (ASYİ) təxminən 4%-ni və residiv hallarının 60%-ni təşkil edir4.
Postkoital sistitin risk amilləri1
- sidik kanalının xarici dəliyinin uşaqlıq yolunun girişinə, bəzi hallarda isə hətta onun ön divarına doğru yerdəyişməsi (ektopiyası). Bu vəziyyət sidik kanalının inkişafdan qalması və qısalması ilə müşayiət oluna bilər;
- sidik kanalının distal hissəsinin hipermobilliyi, o cümlədən qızlıq pərdəsinin qalıqları ilə sidik kanalının xarici dəliyi arasında himenouretral bitişmələrin əmələ gəlməsi nəticəsində;
- uşaqlıq yolunun barmaqlarla dartılması zamanı klitor ilə sidik kanalının xarici dəliyi arasında kapüşon şəkilli selikli qişa büküşünün olması — sidik kanalının hooding vəziyyəti.
Qadınlarda hipospadiya
Diaqnostika1
- Anamnez məlumatları (cinsi əlaqə və ya ginekoloji müayinə ilə əlaqəlilik).
-
Ginekoloji müayinənin nəticələri.
- Sidik kanalının xarici dəliyinin atipik yerləşməsi.
- Himenouretral bitişmələr sidik kanalından uşaqlıq yolu dəhlizinə qədər uzanan nazik, sərt büküşlər şəklində olur.
- O'Donnell–Hirşhornun barmaq sınağı sidik kanalının yerdəyişməsini və açıq qalmasını təsdiqləyir.
- Müsbət Q-tip testi: sidik kanalına yeridilmiş aplikatorun xarici ucunun üfüqi xətdən >30° kənarlaşması sidik kanalının hipermobilliyini göstərir.
- Sidiyin ümumi analizi (empirik müalicəyə başlamaq üçün).
- Antibiotikoqramla birlikdə sidiyin bakterioloji müayinəsi (xroniki SYİ zamanı — hər residivdə). Müalicəyə göstəriş: sərbəst sidik ifrazı zamanı səhər sidiyinin orta porsiyasında bakteriuriyanın ≥10³ KƏV/ml olması.
- Vaginal ifrazatlar olduqda: bakterial vaginozu, eləcə də peri- və postmenopauza dövründə hormonal pozuntuları istisna etmək üçün pH-ın müayinəsi, həmçinin CYÖİ-ləri istisna etmək məqsədilə PZR metodu ilə biosenozun müayinəsi.
- Rutin təcrübədə transabdominal USM və sistoskopiya tövsiyə edilmir.
Müalicə
Furamaq® — sidikçıxarıcı yolların infeksiyalarının müalicəsi üçün effektiv vasitə
NB! Müalicə seçilərkən, xüsusilə residivləşən SYİ zamanı, antibiotiklərə qarşı rezistentliyin inkişaf etmə riskinin nəzərə alınması
(əlçatan)
(nəzarət olunan)
(ehtiyat)
Fosfomisin
(peroral)
(əlçatan)
(nəzarət olunan)
Fosfomisin
(peroral)
(ehtiyat)
intim gigiyena qaydalarına riayət etmək:
- bərk sabun növlərindən istifadə etməmək;
- uşaqlıq yolunu şırınqa ilə yumamaq;
- xüsusi intim gigiyena vasitələrindən istifadə etmək;
zərurət olduqda, sertifikatlaşdırılmış lubrikantlardan istifadə etmək;
cinsi əlaqədən əvvəl və sonra sidik kisəsini məcburi boşaltmaq;
kifayət qədər maye qəbul etmək (gündə ən azı 1,5 litr).
Postkoital sistitin ikincili profilaktikası1
- Peri- və postmenopauza dövründə olan qadınlarda lokal estrogenolun istifadəsi.
- Uzunmüddətli kurslarla fitoterapiya.
- Hialuron turşusu əsasında hazırlanmış preparatlarla sidik kisəsi daxilinə instillyasiyalar.
İstinadların və ixtisarların siyahısı:
SYİ — sidikçıxarıcı yolların infeksiyaları;
ASYİ — aşağı sidik yollarının infeksiyaları;
CYÖİ — cinsi yolla ötürülən infeksiyalar;
PZR — polimeraz zəncirvari reaksiya.
- Teterina T. A., Apolikhina I. A., Ivanova E. A. Anatomical and functional features of the female urethra: postcoital cystitis. Meditsinskiy opponent = Medical Opponent. 2021; 3(15): 35–42.
- Елисеев Д. Э., Холодова Ж. Л., Абакумов Р. С., Доброхотова Ю. Э., Шадеркина В. А. Посткоитальный цистит: хирургическое лечение. Экспериментальная и клиническая урология. 2021;14(1):130-134.
- Суханов Д. С, Филиппович В. А., Алексеева Ю. С., Тимофеев Е. В. Особенности ведения цистита в амбулаторной поликлинической практике. Лечащий врач. 2024; 1(27): 21-26.
- Stamatiou C., Bovis C., Panagopoulos P., Petrakos G., Economou A., Lycoudt A. Sex-induced cystitis-patient burden and other epidemiological features. Clin Exp Obstet Gynecol. 2005; 32(3): 180-182.
- Пушкарь Д. Ю., Берников А. Н., Раснер П. И., Бормотин А. В., Дьяков В. В., Шведов А. М. Фуразидин (Фурамаг®) в лечении острого и рецидивирующего цистита у женщин. Вестник урологии. 2024;12(6): 83-88. DOI: 10.21886/2308-6424-2024-12-6-83-88.
- Падейская Е. Н. Фурамаг в ряду антимикробных препаратов, производных 5-нитрофурана: значение для клинической практики. Инфекции и антимикробная терапия. 2004; 6(1): 24–31.
- Strazdins V., Cernevskis H. 2015 Recurrent Urinary Tract Infection in Adults in Latvia: 2014 Observational Study. J Nephrol Ther 5:208.
- AWaRe classification of antibiotics for evaluation and monitoring of use, 2023 (https://www.who.int/publications/i/item/WHO-MHP-HPS-EML-2023.04). Giriş tarixi: 06.05.2025