Sayt yalnız tibb işçiləri üçün nəzərdə tutulmuşdur
Sayt yalnız tibb işçiləri üçün nəzərdə tutulmuşdur
Diabetik distal neyropatiyanın klinikaya qədər formasının proqressivləşməsinin müxtəlif profilaktika metodlarının effektivliyinin qiymətləndirilməsi
A.B. Malkov Respublika Elmi-Təcrübi Radiasiya Təbabəti və İnsan Ekologiyası Mərkəzi, Yumel, Belarus Prospective evaluation of the efficiency of various prevention …

A.B. Malkov

Respublika Elmi-Təcrübi Radiasiya Təbabəti və İnsan Ekologiyası Mərkəzi, Yumel, Belarus


Prospective evaluation of the efficiency of various prevention methods
of progressive of the preclinical form of diabetic distal neuropathy

Xülasə. Diabetik neyropatiyanın klinikaya qədər diaqnostikasının metodu kimi elektroneyromioqrafiyanın istifadə imkanına xüsusi diqqət yetirilmişdir. Diabetik distal polineyropatiyanın inkişafının prediktorlarını aşkara çıxarmağa imkan verən prospektiv, paralel, açıq klinik tədqiqat aparılmışdır. Aşağı ətrafların diabetik distal polineyropatiyasının klinikaya qədər formasında sinir liflərinin zədələnmə ardıcıllığı aşkar edilmiş və elektroneyromioqrafiyanın nəticələri üzrə bu zədələnmənin dinamikasının şəkərli diabetin müddətindən və tipindən asılı olmadığı sübut edilmişdir. Diabetik distal neyropatiyanın klinikaya qədər formasının təsdiqlənmiş olduğu pasiyentlərdə uzunmüddətli profilaktika metodlarının aşkar olunması ilə profilaktik tədbirlərin qiymətləndirilməsi aparılmışdır.

Açar sözlər: diabetik polineyropatiya, diaqnostika, elektroneyromioqrafiya, ipidakrin (Neyromidin) ilə elektroforez.

Tibb xəbərləri. — 2018. — №7. — S. 61—67.

Summary. Particular attention is paid to the possibility of using electroneuromyography as a method of preclinical diagnosis of diabetic polyneuropathy. There was conducted a prospective, parallel, open-label clinical trial to identify the predictors of the development of diabetic distal polyneuropathy. There was revealed a definite sequence of lesion of nerve fibers in the preclinical form of diabetic distal polyneuropathy of the lower limbs and it was proved that dependence of the dynamics of this lesion was absence on the results of electroneuromyography on duration and the type of diabetes mellitus. The evaluation of preventive services was carried out in patients with a verified preclinical form of diabetic distal neuropathy with the identification of long-term prevention methods.

Keywords: diabetic polyneuropathy, diagnostics, electroneuromyography, electrophoresis with ipidacrine (Neuromidin). Meditsinskie novosti. – 2018. – N7. – P. 61-67.


Diabetik distal neyropatiyanın klinikaya qədər forması təkcə elmi tədqiqatçıların deyil, həm də fəaliyyət göstərən həkim-mütəxəssislərin maraq dairəsindədir. Bu aspektin müstəsna vacibliyi nəinki aşkar simptomları olmayan patoloji vəziyyətin erkən diaqnostika imkanları, həm də effektiv terapevtik təsir perspektivi ilə əlaqədardır [1]. Neyropatiyanın klinikaya qədər formasının əsas diaqnostika metodu aşağı ətrafların elektroneyro-mioqrafiyasıdır (ENMQ). Bu tədqiqat işində patoloji vəziyyətin hərəki və hissi tipli sinir köklərinin H-cavabı və İÖS üzrə təsdiqlənməsi üzrə mövcud diaqnostik yanaşmalardan istifadə edilmişdir [2, 3]. Müayinə olunmuş pasiyentlərdə patoloji prosesə uyğun olan ENMQ nəticələri qeydə alınmışdır ki, bu da bizə onları “diabetik distal neyropatiya” kateqoriyasına aid etməyə imkan verir.

Son illərdə neyromediator proseslərinin müxtəlif aspektlərinə təsir edən, kompleks və patogenetik təsirə malik olan dərman vasitələrinə maraq xeyli artmışdır. Bu dərman vasitələrindən biri ipidakrindir (Neyromidin), onun təsirinin əsasında membranın kalium ionları üçün keçiriciliyinin blokadası, eləcə də xolinesterazanın inhibə olunması dayanır. Onun klassik istifadə variantı parenteral yolladır (dərialtı və əzələdaxili), eləcə də daxilə qəbul edilir.

Bu prospektiv, paralel, açıq klinik tədqiqatda klinikaya qədər diabetik polineyropatiyanın profilaktika metodlarının effektivliyi və inkişaf prediktorları müəyyən edilmişdir.

Bu tədqiqatın innovasiyalı komponenti hər gün aşağı ətraflar nahiyəsinə elektroforez şəklində təyin edilmiş ipidakrin (Neyromidin) dərman vasitəsinin 10 gün ərzində müalicə kursu şəklində istifadə edilməsi olmuşdur. Bu cür müalicənin effektivliyinin qiymət-ləndirilməsi məqsədilə müalicənin nəticələri standart profilaktik müalicənin (baroterapiya və pnevmokompression masaj) məlumatları ilə, eləcə də spesifik müalicə qəbul etməyən pasiyentlərin vəziyyəti ilə müqayisə olunmuşdur. Effektivliyə nəzarət üzrə əsas son nöqtələr: hərəki (n. peroneusn. tibialis) və hissi liflər (n. suralisn. peroneus superficial) üzrə H-cavabın, sensor cavabın və İÖS-nin orta qiymətləri, eləcə də ENMQ məlumatları üzrə pozuntuları olan pasiyentlərlə normal göstəriciləri olan pasiyentlər arasında tezliklərin nisbəti.

Tədqiqatın dizaynı işlənib hazırlanmışdır, bu dizayna əsasən bütün iştirakçılar təsadüfi qaydada 3 qrupa bölünmüşdür. Birinci qrupa hər gün elektroforez metodu ilə ipidakrin (Neyromidin) ilə müalicə qəbul edən (bir kursda 10 prosedur) pasiyentlər daxil oldu. İkinci qrupa hiperbarik oksigenasiya və pnevmokompression masaj metodu ilə standart müalicə qəbul edən şəxslər daxil edilmişdir.

Müalicə qəbul etməyən pasiyentlər 3-cü, müqayisə qrupuna daxil oldular. Müşahidə müddətləri və instrumental müayinə metodları üzrə tədqiqatın dizaynı 1-ci şəkildə təqdim edilmişdir.

Tədqiqata 19-65 yaş arası 104 pasiyent daxil edilmişdir: 40 (38,5%) qadın və 64 (61,5%) kişi.
Şəkərli diabetin tipinə görə paylanma müadil olmuşdur: 1-ci tip şəkərli diabeti olan 52 (50%) pasiyent və 2-ci tip şəkərli diabeti olan 52 (50%) pasiyent. Şəkərli diabet diaqnozunun qoyulduğu andan sonra keçən müddət 5 (2; 8) il mediana ilə 1 ildən 27 ilədək dəyişmişdir.

Müqayisə qrupları üzrə pasiyentlərin ümumi xarakteristikası terapevtik müdaxilənin variantından asılı olaraq 1-ci cədvəldə göstərilmişdir. Göstərilmiş hesablamalara əsasən, terapevtik təsir qrupları ilə müqayisə qrupu arasında cins, yaş, şəkərli diabetin tipi, xəstəliyin müddəti və antropometrik məlumatlar üzrə statistik cəhətdən əhəmiyyətli fərqlər olmamışdır.

Müxtəlif sinir liflərində pozuntuların diferensiasiyalı qiymətləndirilməsi zamanı n. peroneus superficialis (100 (96,2%)
pasiyentdə) və n. suralis (92 (88,5%) nəfərdə) sinirlərində sensor cavabın tədqiqi zamanı daha çox dəyişikliyə rast gəlinmişdir. n. peroneusn. tibialis sinirlərinin hərəki liflərinin zədələnmə tezliyi xeyli daha az rast gəlinmiş və müvafiq olaraq, 17,3% və 34,6% təşkil etmişdir. İÖS-nin tədqiqi
zamanı isə daha çox n. peroneus superficialis (35 (33,7%) nəfərdə), eləcə də n. tibialis (32 (30,8%) pasiyentdə) zədələndiyi məlum olmuşdur.

Tədqiqatın işlənib hazırlanmış dizaynına əsasən, formalaşdırılmış qrupların hər birində bütün pasiyentlərə hərəki tipli iki lif (n. peroneusn. tibialis) və hissi tipli iki lif (n. suralisn. peroneus
superficialis)
üzrə ENMQ aparılmışdır. Müayinə edilən sinir liflərində hərəki (sensor) cavabın və İÖS-nin ədədi qiymətləri üzrə pasiyentlər iki kateqoriyaya təsnif edilmişdir: “azalma” və “norma”.
Dəyişənlərin dixotomik xarakteri nəzərə alınmaqla, hər bir müşahidə qrupunda ENMQ zamanı pozuntuların tezlik təhlilinin aparılması mümkün olmuşdur. Pozuntuların xarakteri üzrə pasiyentlərin paylanması 2-ci cədvəldə təqdim edilmişdir.

Bu və ya digər amilin təsirinin effektivliyini müəyyən zaman kəsimində göstərilmiş son nöqtələr üzrə qiymətləndirmək mümkündür. Bu tədqiqatda bu cür nəticəli parametrlərdən biri hərəki və hissi tipli sinir lifləri boyu keçiricilik pozulmaları olan pasiyentlərin faizi kimi müəyyən edilmişdir. 1-ci qrupda ipidakrinin (Neyromidinin) fonoforezi ilə kurs müalicə və 2-ci qrupda HBO və pnevmokompression masaj kursunun kombinasiyası təyin edildikdən sonra, müalicənin sonunda təkrar ENMQ müayinəsi aparılmışdır. Pasiyentlər eyni-tipli prinsip üzrə, tədqiqatın əvvəlində olduğu kimi, iki alt qrupa bölünmüşdür: normal cavab və azalmış cavab. Miqdari göstəricilər 3-cü cədvəldə göstərilmişdir. On günlük müalicə kursundan sonra 1-ci qrupda əhəmiyyətli müsbət meyllər qeydə alınmışdır. n. tibialis nahiyəsində impulsun ötürülmə sürəti normal olan pasiyentlərin sayı 34-dən (64,2%) 46-dək (86,8%), n. peroneus superficialis nahiyəsində isə – 31-dən (58,5%) 43-dək (81,1%) statistik cəhətdən əhəmiyyətli dərəcədə artmışdır.

Tədqiqatın dizaynına uyğun olaraq, ötürücülüyün pozulmaları olan pasiyentlərin sayında fərqlərin aşkar edilməsi məqsədi ilə 3 aydan sonra təkrar ENMQ keçirilmişdir.

ENMQ-nin keçirilməsi zamanı normal və azalmış cavab qruplarında müayinə olunan şəxslərin paylanması üzrə məlumatlar 4-cü cədvəldə təqdim edilmişdir.

Aparılmış profilaktik müalicə kursundan 3 ay sonra 1-ci və 2-ci qruplarda diabetik neyropatiyanın proqressiv-ləşməsinin qarşısının alınması üçün təklif edilən metodikaların terapevtik təsirinin saxlanılan müsbət təsiri qeydə alınmışdır.

ENMQ-nin məlumatlarına əsasən tədqiqatın ümumi qrupunda hərəki və hissi liflərin zədələnməsinin rastgəlmə tezliyi

Əlavə olaraq, 3 aylıq müşahidədən sonra “ENMQ-də pozuntular” kateqoriyasından “norma” kateqoriyasına keçmiş pasiyentlərin sayının qiymətləndirilməsi həyata keçirilmişdir. Müxtəlif alt qruplarda pasiyentlərin sayı üzrə məlumatlar və statistik təhlilin nəticələri 5-ci cədvəldə təqdim edilmişdir.

1-ci qrupun ətraflı tədqiqi zamanı aşağıdakı qanunauyğunluqlar müəyyən edilmişdir. n. tibialis sinirinin H-cavabının və İÖS-nin müayinəsi göstərmişdir ki, ipidakrin (Neyromidin) ilə aparılmış elektroforez kursundan sonra 11 pasiyentdə ENMQ-nin göstəriciləri yaxşılaşmışdır ki, bu da onları “norma” qrupuna aid etməyə imkan vermişdir. Buna baxmayaraq, “norma” meyarına cavab verən pasiyentlərin sayında ən böyük dəyişikliklər n. suralis sinirinin sensor cavabında (28 pasiyentdə yaxşılaşma), eləcə də n. peroneus superficialis sinirində sensor cavabın və İÖS-nin (18 nəfərdə yaxşılaşma) ENMQ-də qeydə alınmışdır. 2-ci qrupda dəyişikliklər o qədər də əhəmiyyətli olmamışdır və daha çox n. suralis sinirinin sensor cavabında qeydə alınmışdır (2-ci qrupda 8 pasiyentdə axşılaşma). 2-ci qrupda müayinə olunmuş  iştirakçılarda hərəki və hissi liflərin digər parametrlərində müsbət dəyişikliklər müşahidə olunmamışdır. Beləliklə, distal diabetik neyropatiyanın erkən təzahürləri olan pasiyentlərdə ipidakrinin (Neyromidinin) elektroforez şəklində istifadəsi 3 ay ərzində sinir keçiriciliyinin vəziyyətinə əhəmiyyətli gec təsir əldə etməyə imkan vermişdir.

Müxtəlif profilaktika və müalicə metodikalarının və komplekslərinin istifadəsi təkcə təsirin baş vermə sürəti baxımından deyil, həm də onun müddəti baxımından qiymətləndirilir. Məhz bu cür təhlil əsasında tədqiq edilən müalicə üsulunun təsirinin xarakteri barədə nəticə çıxarmaq olar. Əgər yalnız qısamüddətli təsir müşahidə olunursa, dərman vasitəsi-nin simptomatik təsiri barədə fikir yürütmək olar. Gec və daha vacibi, uzunmüddətli təsirin təsdiqlənməsi zamanı tədqiq edilən müalicənin patoloji prosesə patogenetik təsir mexanizmlərini nəzərdə tutmaq lazımdır.

Tədqiqatın müəllifi tərəfindən distal sensor neyropatiyalı pasiyentlərdə ipidakrinin (Neyromidinin) mümkün uzunmüddətli təsiri barədə fərziyyə irəli sürülmüşdür. Bu məqsədlə tədqiqatın başlanmasından 1 il sonra 1-ci və 2-ci qruplarda hərəki və hissi sinir liflərində hərəki və hissi cavabın və İÖS-nin ENMQ metodu ilə təkrar yekun müayinəsi aparılmışdır. Əvvəlki qiymətləndirmə prinsipindən istifadə olunmuşdur: pasiyentlərin “azalmış cavab” qrupundan “norma” qrupuna keçidi. Tezlik təhlilinin miqdari xüsusiyyətləri 6-cı cədvəldə göstərilmişdir. Əldə edilmiş məlumatlara görə, 2-ci qrupda hərəki və hissi liflərin hərəki/sensor cavabı və İÖS normal olan pasiyentlərin sayı tədqiqata qədər və bir il sonra statistik cəhətdən fərqlənməmişdir. Bunun əksinə olaraq, 1-ci qrupda ipidakrinin (Neyromidinin) birdəfəlik elektroforez kursundan sonra 14 pasiyentdə (26,4%) n.tibialis sinirinin qənaətbəxş İÖS göstəriciləri qeydə alınmışdır. 1-ci qrupda hissi sinir lifləri baxımından da ən yaxşı göstəricilər qeydə alınmışdır: 29 pasiyentdə n. suralis sinirinin sensor cavabının, 22 pasiyentdə n. peroneus superficial sinirinin sensor cavabının və 20 pasiyentdə n. peroneus superficial sinirinin İÖS göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır (müvafiq olaraq, 54,7%, 41,5% və 37,7%). Beləliklə, bu tədqiqat çərçivəsində müəyyən edilmişdir ki, şəkərli diabet zamanı sinir-əzələ keçiriciliyinin pozulmaları olan pasiyentlərdə ipidakrin (Neyromidin) ilə elektroforezin istifadəsi pnevmokompressiya masajı ilə kombinasiyada standart HBO terapiyası ilə müqayisədə uzunmüddətli üstünlüyə malikdir. 

Cədvəl 2 Müalicənin başlanmasına qədər nəzarət qrupundakı göstəricilərlə müqayisədə terapevtik müdaxilənin müxtəlif qruplarının pasiyentlərində ENMQ-nin məlumatlarına əsasən sinir-əzələ keçiriciliyinin pozulmalarının rast gəlmə tezliyi
Pasiyentlərin sayı Qrup 1
(n=53)
Qrup 2
(n=20)
Qrup 3
(n=31)
Fərqlərin əhəmiyyəti, p
azalmanorma azalmanorma azalmanorma Qrup 1 vs Qrup 3 Qrup 2 vs Qrup 3
hereki liflər n. peroneus, H-cavab 1043 713 229 0,196 0,020
n. peroneus, İÖS 746 317 229 0,474 0,369
n. tibialis, H-cavab 2231 614 823 0,148 0,744
n. tibialis, İÖS 1934 614 724 1,205 0,553
hissi liflər n. suralis, sens. cav. 512 182 238 0,004 0,280
n. suralis, İÖS 746 119 229 0,474 1,000
n. peroneus superficialis, sens. cav. 512 200 292 0,624 0,514
n. peroneus superficialis, İÖS 2231 515 823 0,148 0,949

Yekun nəticələr:

  • Şəkərli diabet zamanı klinikaya qədər mərhələdə ENMQ-nin məlumatlarına əsasən, sinir liflərinin sensor tipli zədələnmələrinin ən çox rast gəlinən variantı n. peroneus sinirində (96,2% hallarda) və n. suralis sinirində (88,5% hallarda) H-cavabın və n. peroneus (33,7%
    hallarda) sinirində İÖS-nin müayinəsi zamanı pozuntular olmuşdur. Göstərilən nəticələr n. peroneus sinirinin ENMQ-nin aparılmasını diabetik sensor neyropatiyanın klinikaya qədər mərhələsinin aşkarlanmasının erkən adekvat markeri qismində nəzərdən keçirməyə imkan verir.
  • İpidakrinin (Neyromidinin) birdəfəlik elektroforez kursunun və HBO və pnevmokompressiya masajı şəklində fiziki reabilitasiya metodunun istifadəsi 10 günlük müşahidədən sonra qısamüddətli qiymətləndirmə mərhələsində ENMQ göstəricilərinin kəmiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına gətirib çıxarır.
  • Müalicəyə başlanıldığı andan 3 ay sonra 1-ci qrupda ENMQ-nin qiymətləndirilməsi zamanı nəzarət qrupu ilə müqayisədə  n. tibialis İÖS (45 (84,9%) və 20 (64,5%); р=0,032), n. suralis H-cavab (30 (56,6%) və 2 (6,4%); р=0,001), eləcə də n. peroneus H-cavab və İÖS (р<0,001) normal göstəricilərinə malik olan pasiyentlərin sayı əhəmiyyətli dərəcədə daha çox olmuşdur.
    2-ci qrupda hissi liflərin n. peroneus
    İÖS və n. suralis H-cavabı üzrə müayinəsi zamanı, 1-ci qrupda olduğu kimi, ENMQ göstəriciləri normal olan pasiyentlərin sayı nəzarət qrupu ilə müqayisədə (р<0,01) əhəmiyyətli dərəcədə daha çox olmuşdur.
  • İpidakrin (Neyromidin) ilə birdəfəlik elektroforez kursundan sonra bir il müşahidədən sonra profilaktik-müalicəvi tədbirlərin uzunmüddətli effektivliyinin qiymətləndirilməsi zamanı 53 pasiyentdən 14-də (26,4%) n.tibialis-in hərəki liflərinin İÖS-nin və n.peroneus-un H-cavabının və 51 pasiyentdə (96,2%) n.peroneus sinirinin İÖS göstəricisinin statistik cəhətdən əhəmiyyətli (р<0,05) dərəcədə yaxşılşaması qeydə alınmışdır. 2-ci qrupda pasiyentlərin ENMQ üzrə azalmış göstəricilər kateqoriyasından normal kateqoriyaya keçməsi üzrə əhəmiyyətli dəyişikliklər qeydə alınmamışdır. Çıxarılmış nəticələr birinci gəliş baxımından faiz nisbətində dinamik dəyişikliklərin qiymətləndirilməsi zamanı da öz təsdiqini tapmışdır. İpidakrin (Neyromidinin) 1 illik müşahidədən sonra n. peroneus İÖS (108,8% vs 102,4%), n. tibialis İÖS (110,7% vs 106,6%), n. peroneus H-cavab (355,7% vs 191,9%) və İÖS (138,6% vs 104,9%) və n. suralis İÖS (115,3% vs 100,0%) baxımından standart terapiya metodları ilə müqayisədə əhəmiyyətli üstünlüyə malik olmuşdur (р<0,05).
  • Distal sensor diabetik neyropatiyanın klinikaya qədər formasında ipidakrin (Neyromidin) ilə elektroforezin istifadəsi cinsdən, yaşdan, şəkərli diabetin tipindən, müddətindən və pasiyentin antropometrik göstəricilərindən asılı olmayaraq, uzunmüddətli təsir ilə erkən profilaktikanın effektiv metodudur. Əldə edilmiş məlumatlar ipidakrin (Neyromidin) ilə elektroforezin şəkərli diabeti olan pasiyentlərdə diabetik neyropatiyanın inkişafının erkən profilaktikası proqramına daxil edilməsini tövsiyə etməyə imkan verir.
  • İpidakrin (Neyromidin) ilə birdəfəlik elektroforez kursundan sonra bir il müşahidədən sonra profilaktik-müalicəvi tədbirlərin uzunmüddətli effektivliyinin qiymətləndirilməsi zamanı 53 pasiyentdən 14-də (26,4%) n.tibialis-in hərəki liflərinin İÖS-nin müayinəsi zamanı statistik cəhətdən əhəmiyyətli yaxşılaşmalar qeydə alınmışdır. Hissi sinir köklərinin tədqiqi zamanı 31 pasiyentdə (58,5%)  n. suralis H-cavab, 24 (45,3%) pasiyentdə  n. peroneus H-cavab və 51 (96,2%) pasiyentdə  n. peroneus İÖS üzrə normal göstəricilər qeydə alınmışdır (р<0,05). 2-ci qrupda pasiyentlərin ENMQ üzrə azalmış göstəricilər kateqoriyasından normal kateqoriyaya keçməsi üzrə əhəmiyyətli dəyişikliklər qeydə alınmamışdır, bu da  şəkərli diabet zamanı sinir-əzələ keçiriciliyinin pozulmaları olan pasiyentlərdə ipidakrin (Neyromidin) ilə elektroforezin istifadəsinin pnevmokompressiya masajı ilə kombinasiyada standart HBO terapiyası ilə müqayisədə uzunmüddətli üstünlüyü barədə qənaətə gəlməyə imkan verir. Çıxarılmış nəticələr birinci gəliş baxımından faiz nisbətində dinamik dəyişikliklərin qiymətləndirilməsi zamanı da öz təsdiqini tapmışdır. İpidakrinin (Neyromidinin) 1 illik müşahidədən sonra n. peroneus İÖS (108,8% vs 102,4%), n. tibialis İÖS (110,7% vs 106,6%),  n. peroneus H-cavab (355,7% vs 191,9%) və İÖS (138,6% vs 104,9%) və n. suralis İÖS (115,3% vs 100,0%) baxımından standart terapiya metodları ilə müqayisədə əhəmiyyətli üstünlüyə malik olmuşdur (р<0,05).
  • Distal sensor diabetik neyropatiyanın klinikaya qədər formasında ipidakrin (Neyromidin) ilə elektroforezin istifadəsi cinsdən, yaşdan, şəkərli diabetin tipindən, müddətindən və pasiyentin antropometrik göstəricilərindən asılı olmayaraq, uzunmüddətli təsir ilə erkən profilaktikanın effektiv metodudur. Əldə edilmiş məlumatlar ipidakrin (Neyromidin) ilə elektroforezin şəkərli diabeti olan pasiyentlərdə diabetik neyropatiyanın inkişafının erkən profilaktikası proqramına daxil edilməsini tövsiyə etməyə imkan verir.
CƏDVƏL 6   Terapevtik müdaxilə aparılan pasiyentlərin müxtəlif qruplarında ENMQ-nin məlumatlarına əsasən sinir-əzələ keçiriciliyinin pozulmalarının 1 il sonra dinamikada rastgəlmə tezliyi
Göstərici İlkin 1 il sonra X2 P
azalmanorma azalmanorma
Qrup 1
(n=53)
hərəki
liflər
n. peroneus, H-cavab 10439440,040,846
n. peroneus, İÖS 7464490,340,560
n. tibialis, H-cavab 223113403,060,080
n. tibialis, İÖS 19345487,400,007
hissi
liflər
n. suralis, sens. cav. 512223131,740,001
n. suralis, İÖS 7461521,360,244
n. peroneus s., sens. cavab 512292418,260,001
n. peroneus s., İÖS 223125115,090,001
Qrup 2
(n=20)
hərəki
liflər
n. peroneus, H-cavab 7136140,100,752
n. peroneus, İÖS 3173170,010,999
n. tibialis, H-cavab 6146140,010,999
n. tibialis, İÖS 6144160,400,527
hissi
liflər
n. suralis, sens. cav. 1821372,500,114
n. suralis, İÖS 1191190,010,999
n. peroneus s., sens. cavab 2002000,010,999
n. peroneus s., İÖS 5153170,400,527

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI

  • Dyck P.J., Katz K.M., Karnes J.L., Litchy W.J., et al. // Neurology. – 1993. – Vol.43. – P.817-824.
  • Ходулев В.И., Пономарев В.В. Дифференци-
    ально-диагностические критерии аксональных и
    демиелинизирующих полиневропатий: Инструкция по применению. – Минск, 2006. – С.126-127.
  • Диабетическая периферическая нейропатия.
    Патогенез, клиника и диагностика: Методические рекомендации / Под ред. Е.Ю. Комелягина. – М.,2000. – С.12-24.