Sayt kukilərdən istifadə edir
Saytımız saytın performansını, səmərəliliyini və rahatlığını yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz kukilərdən istifadə ilə razılaşırsınız Daha ətraflı
1 sentyabr, 2025
Ambulator pasiyentlərdə təşvişin müalicəsinə dair yeni klinik məlumatlar

Gündəlik ambulator təcrübədə təşviş pozuntuları pasiyentlərin müraciətlərinin getdikcə daha çox yayılmış səbəbinə çevrilir1. Təşviş çox vaxt somatik simptomlarla maskalanır: döş qəfəsində ağrı, təngnəfəslik, ürəkbulanma, istilik basmaları və üzvi səbəbi olmayan digər şikayətlər. Bu, diaqnostikanı çətinləşdirir və yanaşı xəstəlikləri nəzərə almaqla diqqətli diferensial diaqnostikanı, həmçinin effektiv və təhlükəsiz müalicənin seçilməsini tələb edir.
Komorbid patologiyası olan pasiyentlərdə effektivliyi sübut edilmiş və yaxşı keçirilən gündüz anksiolitiki olan Adaptol® (temgikoluril) seçim preparatı ola bilər1,2. Adaptol® limbik-retikulyar kompleksə təsir edir, həmçinin 4 əsas neyromediator sisteminin hamısına: QAYT-, xolin-, serotonin- və adrenergik sistemlərə təsir göstərir3. Sedasiyaya səbəb olmur, əqli və hərəki aktivliyi pozmur, pasiyentə həyatının adi ritmini və əmək qabiliyyətini qoruyub saxlamağa imkan verir. Alışqanlığın, ləğvetmə sindromunun və eyforiya effektinin olmaması preparatı ambulator təcrübədə xüsusilə dəyərli edir1-3.
2023–2024-cü illərdə Latviyada müşahidə xarakterli, müdaxiləsiz tədqiqat aparılmışdır, tədqiqatın məqsədi ambulator pasiyentlərdə təşviş zamanı Adaptol® preparatının effektivliyini qiymətləndirmək olmuşdur1.
Materiallar və metodlar
Nəticələr 1
Adaptol® preparatının təhlükəsizlik profili
Yekun nəticələr
Yeni tədqiqat göstərmişdir ki, somatik patologiya fonunda təşviş simptomatikası olan pasiyentlərdə Adaptol® artıq 3 həftədən sonra nəzərəçarpan klinik təsiri təmin edir. Bununla yanaşı, preparat digər dərman preparatları ilə yaxşı uyğunlaşır və asılılıq yaratmır1,3.
Klinik nəticələr1GAD-7 (Generalized Anxiety Disorder) — generalizə olunmuş təşviş pozuntusunun qiymətləndirilməsi üçün sorğu vərəqəsi
QAYT — qamma-aminyağ turşusu