Sayt yalnız tibb işçiləri üçün nəzərdə tutulmuşdur
Sayt yalnız tibb işçiləri üçün nəzərdə tutulmuşdur
Psixosomatik patologiya zamanı mərkəzi sinir sisteminin tənzimləyici funksiyalarının kompleks şəkildə korreksiya imkanları
S.G. Burçinski“Ukrayna MTEA D.F. Çebotarev adına  Herontologiya İnstitutu” DU, Kiyev şəhəri Məqalədə psixosomatik patologiya çərçivəsində psixopatoloji sindromların, xüsusilə də təşviş …

S.G. Burçinski
“Ukrayna MTEA D.F. Çebotarev adına  Herontologiya İnstitutu” DU, Kiyev şəhəri


Məqalədə psixosomatik patologiya çərçivəsində psixopatoloji sindromların, xüsusilə də təşviş və koqnitiv pozuntuların inkişafının əsas mexanizmləri nəzərdən keçirilmişdir. Qeyd edilmiş pozuntuların nootrop və adaptogen tipli təsirlərə malik olan preparatların köməyi ilə farmakoloji korreksiyasının əsas yolları təhlil edilmişdir. Psixosomatikanın müxtəlif formalarında mərkəzi sinir sisteminin tənzimləyici funksiyalarının normallaşdırılmasının optimal vasitələri kimi Adaptol və Noofen preparatlarına, onların təsir mexanizmlərinə və klinik imkanlarına xüsusi diqqət ayrılmışdır.

Açar sözlər: psixosomatik patologiya, təşviş
pozuntuları, koqnitiv pozuntular, nootroplar, adaptogenlər.

Müasir tibbin kardioloqlardan, qastroenteroloqlardan, terapevtlərdən, ailə həkimlərindən nevroloqlara və psixiatrlara qədər ən müxtəlif mütəxəssislərin peşə fəaliyyətinin demək olar ki, bütün sferalarında rast gəlinən əsas problemləri arasında psixosomatik patologiya əsas yer tutur. Serebrovaskulyar xəstəliklər və nevrozlarla yanaşı sivilizasiya xəstəliklərinin klassik təzahürlərindən biri olan psixosomatika həm müvafiq orqan və sistemlər, həm də MSS tərəfindən çox sayda klinik təzahürlərlə xarakterizə olunur, bunların tənzimləyici funksiyalarının pozulmaları psixosomatik xəstəliklərin istisnasız olaraq bütün klinik formalarının patogenezinin bünövrəsini təşkil edir. Bundan əlavə, sadalanan xəstəliklərin klinik mənzərəsinin ayrılmaz komponenti çox zaman pasiyentlərin həyat keyfiyyətinin pisləşməsinin və onların sosial dezadaptasiyasının aparıcı amili rolunu oynayan psixoemosional balansın pozulmaları (təşviş, depressiya) və astenik sindromdur. [3, 15, 26, 35]. Psixosomatikanın bütün formalarının patogenezinin əsasında xroniki stressin patoloji təsirləri dayanır.

Hazırda psixosomatik xəstəliklərin inkişafının mərkəzi mexanizmləri hələ də əksərən mübahisəli və sonadək aydınlaşdırılmamış qalır. Buna baxmayaraq, artıq yaxşı məlumdur ki, xroniki stressin təsiri beyində bütöv bir dəyişikliklər kompleksinə (morfoloji, fizioloji, neyrokimyəvi) səbəb olur, bu dəyişikliklər sadalanan psixosomatik xarakterli patologiya formalarının, eləcə də patogenezində neyro-humoral nəzarətin, ilk növbədə neyromediator disbalansının əsas rol oynadığı nevrozların, depressiyanın və s. sonrakı inkişafı üçün bünövrə rolunu oynayır.

Şəxsiyyətin psixoloji profili, psixotravmatik hadisələr və s. kimi amillər hər bir həkimin – nevroloqun, terapevtin, ailə həkiminin və s. gündəlik peşə fəaliyyətinin predmetini təşkil edən “klassik” psixosomatik xəstəliklərin (mədə və 12-barmaq bağırsağın xora xəstəliyi, arterial hipertenziya, ürəyin işemik xəstəliyi, bronxial astma, hipertireoz, şəkərli diabet, neyrodermit və s.) və “orqan nevrozlarının” (neyrosirkulyator distoniya, senestopatiyalar, xroniki psixogen ağrı sindromları) inkişafında ən mühüm patogenetik rol oynayırlar.

Müxtəlif psixosomatik pozuntuları bir əlamət birləşdirir: psixi və somatik sfera pozuntularının kombinasiyası. Buna görə də, psixosomatika zamanı MSS-nin funksiyalarının pozulmasının korreksiyası adaptasiyanın pozulmaları ilə əlaqəli olan əsas klinik sindromların təzahürlərinə təsiri, eləcə də ümumilikdə baş beyinin adaptogen potensialının normallaşmasını ehtiva etməlidir.

Sadalanan sindromlar arasında təşviş, koqnitiv və astenik sindromlar xüsusi diqqətə layiqdir.

Təşviş geniş mənada orqanizmin stressor cavabının həyata keçirilməsinin birinci mərhələsidir, subyektiv emosional vəziyyət olub, narahatlıq hissi və/və ya ehtimal edilən təhlükənin gözlənilməsi ilə xarakterizə olunur, norma və patologiyada tez-tez rast gəlinir [13, 31].

Təşviş həm psixosomatikanın müxtəlif formalarında, həm də nevroloji və bütövlükdə ümumi tibbi təcrübədə klinik mənzərənin daha çox rast gəlinən, bəzən isə ən parlaq təzahürlərindəndir. Populyasiyada təşviş pozuntularının yayılma səviyyəsi 15-25%-ə, nevroloji və terapevtik ambulatoriya və sanatoriyaların pasiyentlərində isə 30-40 %‑ə çatır [2, 9, 26]. Somatik xəstəliyin və təşviş pozuntusunun yanaşı mövcudluğu – komorbidlik – hazırda psixosomatikanın bütün formalarının əlverişsiz klinik gedişinin və proqnozunun, somatik farmakoterapiyanın effektivliyinin və pasiyentlərin həyat keyfiyyətinin azalmasının prediktoru kimi nəzərdən keçirilir [32].

Təşviş pozuntularının patogenezi kifayət qədər mürəkkəbdir. Müasir təsəvvürlərə görə, təşvişin inkişafı hər hansı bir neyromediator sisteminin disfunksiyasının nəticəsi deyildir, struktur-funksional təşkilatın ən müxtəlif səviyyələrində – molekulyar səviyyədən tam beyin səviyyəsinədək – müxtəlif neyromediatorların sistemli tənzimlənmə disbalansının yaranmasını göstərir [13, 33]. Qeyd edilən disbalansın formalaşmasında əsas yeri QAYT-ergik sistemin – baş beyində əsas tormozlayıcı neyromediatorun zəifləməsi tutur. Məhz MSS-də QAYT-dən asılı proseslərin pozulmaları sonradan təşviş pozuntularının inkişafında və proqressivləşməsində müstəqil patogenetik mexanizmlər rolunu əldə edən katexolaminergik, peptidergik və digər neyromediator sistemlərinin sonrakı disfunksiyasına vasitəçilik edirlər.

Psixosomatika çərçivəsində koqnitiv pozuntuların tibbi-sosial əhəmiyyəti də az deyildir.

Koqnitiv pozuntular psixosomatik patologiya zamanı əsas sindromlardan biridir. Yaddaşın, diqqəti cəmləmənin, səmtləşmənin, öyrənmə qabiliyyətlərinin pozulmaları zehni iş qabiliyyətinin zəifləməsi və psixi asteniya ilə birlikdə belə pasiyentlərin əksəriyyətində aşkar edilir [15]. Nəhayət, psixosomatika çərçivəsində Selyenin fikrincə stress reaksiyasının patogenezinin ən mühüm klinik nəticələrindən biri olan astenik sindrom barədə də danışmamaq olmaz.

Populyasiyada astenik sindromun yayılma səviyyəsi həddən artıq yüksəkdir. İlk müraciət zamanı pasiyentlər tərəfindən bildirilən şikayətlərin 60%-ə qədəri asteniyanın bu və ya digər təzahürləri ilə əlaqədardır [30].

Astenik sindromu izafi fiziki və psixi yüklənmələrə, intoksikasiyalara, travmalara və s. cavab olaraq sinir sisteminin patoloji dəyişilmiş uyğunlaşma reaksiyası kimi nəzərdən keçirmək olar [7]. Bununla əlaqədar olaraq, astenik sindrom zamanı yönəlmiş farmakoterapevtik təsir obyekti kimi MSS funksiyalarının pozulma mexanizmlərinin aydınlaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, asteniyanın patogenezinin əsas komponentləri aşağıdakılardır:

  1. 1)    neyrometabolik pozuntular;
  2. 2)    QAYT-, katexolamin- və serotoninergik sistemlərin disbalansı şəklində neyromediator pozuntular;
  3. 3)    damar pozuntuları.

Asteniyanın inkişafının əsas neyrometabolik mexanizmi neyronal strukturlarda enerji çatışmazlığına, makroergik birləşmələrin biosintezinin zəifləməsinə, toxuma tənəffüsünün pozulmalarına və nəhayət, sonradan neyron və mitoxondrilərin membranlarının zədələnməsi ilə sərbəst radikallı oksidləşmə proseslərinin aktivləşməsinə gətirib çıxaran hipoksiyadır.

Psixosomatika çərçivəsində təşviş, koqnitiv və psixoastenik sindromların farmakoloji korreksiyasının əsas istiqamətləri aşağıdakılardır:

a)  mərkəzi neyromediator disbalansının korreksiyası (sistemli təsir)

b)  neyrometabolik proseslərin hüceyrə səviyyəsində korreksiyası (hüceyrə təsiri)

Nootrop preparatlar bu gün ən populyar və tələb olunan dərman vasitələrindən biridir. Məhz bununla əlaqədar olaraq, nootropların (və bir qədər az dərəcədə vazotropların) klinik-farmakoloji xüsusiyyətlərinin əsasında iki prinsipial təsir dayanır: əqli-mnestik funksiyalara təsir və neyroprotektor təsir – çoxtərəfli neyrotrop təsir (membran sabitləşdirici, antioksidant, neyroplastik, antihipoksik, neyromediator) sayəsində.

Bununla yanaşı, nootrop preparatların böyük əksəriyyətində psixoemosional sferaya yönəlmiş təsir, eləcə də klinik cəhətdən nəzərəçarpan antiastenik təsir və mərkəzi adaptogenlərin təsirləri mövcud deyil. Bu səbəbdən də, bununla bağlı iki preparat xüsusi diqqətə layiqdir, onların təsir mexanizmləri, klinik təsirləri və terapevtik imkanları dərman vasitələrinin bu qrupunun imkanları barədə ənənəvi təsəvvürlərdən xeyli kənara çıxır. Söhbət Noofen və Adaptol preparatlarından gedir (OlainFarm, Latviya).

Noofen öz kimyəvi quruluşuna görə QAYT və beta-feniletilaminin törəməsidir, yəni özündə eyni zamanda nootrop, mülayim anksiolitik, psixostimullaşdırıcı və güclü antiastenik potensialı birləşdirir. Noofen özünün həm farmakoloji xüsusiyyətləri, həm də klinik təcrübədə istifadə imkanlarına görə əhəmiyyətli dərəcədə unikal bir vasitədir, mahiyyət etibarilə nə QAYT törəmələri, nə də ümumilikdə neyrotrop preparatlar arasında onun analoqu yoxdur.

Noofen yumşaq anksiolitik, güclü antiastenik, koqnitiv, neyrometabolik (antihipoksik), vegetativ-sabitləşdirici və ağrıkəsici təsirlərə malikdir. Sübut edilmişdir ki, onun təsiri altında neyronların adaptasiya potensialı artır, enerji mübadiləsi yaxşılaşır və makroergik birləşmələrin (ATF, ADF) sintezi güclənir, aerob və anaerob proseslərin nisbəti normallaşır [5, 11, 18]. Bundan əlavə, Noofen operativ yaddaşın, assosiativ təcrübənin, korrektura testinin göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır, yəni müsbət kompleks mnemotrop təsir göstərir və güclü psixoenergetik təsirə malikdir [18].

Noofenin terapevtik potensialı ilk növbədə fiziki və psixi asteniyanın nəzərəçarpan simptomları fonunda zehni və fiziki iş qabiliyyətinin əhəmiyyətli dərəcədə artması, gərginlik və qorxu hisslərinin, emosional labilliyin azalması, həyata marağın yaxşılaşması və ümumilikdə artması ilə özünü büruzə verir. [24, 27]. Bundan əlavə, Noofen preparatı nootroplar sinfi üçün səciyyəvi olmayan vegetativ-sabitləşdirici təsirə malikdir, bu təsir ilk növbədə psixosomatik patologiyanın klassik formaları olan arterial hipertenziya və neyrosirkulyator distoniya çərçivəsində ürək-damar sisteminin funksiyalarının sabitləşməsi baxımından özünü göstərir. [19, 20].

Nəhayət, nootrop preparat üçün tamamilə müstəsna bir xüsusiyyət Noofenin ağrıkəsici təsiridir, xüsusilə də, psixosomatikanın demək olar ki, bütün formalarında ağrı sindromunun tezliyini və şiddətini xatırlayanda. Noofen preparatının ağrıkəsici təsiri ümumilikdə, çox güman ki, üç yolla həyata keçirilir:

abilavasitə ağrıkəsici, yəni ağrı impulslarının ötürülməsində iştirak edən neyromediator proseslərinə təsir (MSS-də QAYT- və opiatergik sistemlərin aktivləşdirilməsi, enkefalinlərin yaranmasının artırılması, talamusun strukturlarının – ağrı hisslərinin özünəməxsus qabıqaltı “kollektorunun” aktivliyinin azaldılması (spinotalamik ötürücü yollar);

banksiolitik, ağrı hissinin psixi komponentinin tormozlanmasına yönəlmiş təsir;

cvegetativ-sabitləşdirici, vegetativ disbalans və daxili orqanların funksiyasının pozulmaları nəticəsində ağrı hisslərinin tormozlanmasına yönəlmiş təsir [6, 22].

Eyni zamanda Noofen preparatının yumşaq anksiolitik təsiri bir sıra hallarda təşviş sindromunun təzahürlərinə effektiv təsir, eləcə də mərkəzi adaptogen təsirin həyata keçirilməsi üçün kifayət olmaya bilər. Belə vəziyyətlərdə gündüz anksiolitiki olan Adaptolun psixosomatikanın kompleks müalicəsinə daxil edilməsi məqsədəuyğundur.

Adaptol preparatı Noofen ilə bəzi ümumi klinik-farmakoloji təsirlərə malik olsa da, buna baxmayaraq, onu adaptogen preparatların bütün spektrindən fərqləndirən özünəməxsus təsir mexanizmlərinə malikdir.

Adaptol əvvəlcə təşviş əleyhinə geniş spektrli gündüz anksiolitiki kimi işlənib hazırlanmış və klinik təcrübəyə daxil edilmişdir.  Adaptol öz kimyəvi strukturuna görə, sidik cövhərinin bisiklik törəməsidir, yəni orqanizmin təbii metabolitlərindən olan sidik cövhərinə, eləcə də purinlərə yaxındır, eynilə Noofen kimi ksenobiotik, yəni orqanizm üçün yad birləşmə deyildir, bu da apriori onun təhlükəsizliyini artırır. Adaptolun vacib xüsusiyyəti onun kimyəvi cəhətdən təsirsiz olmasıdır ki, bu da Adaptolu qidanın tərkibindən və qəbul edilmə vaxtından asılı olmayaraq, eləcə də digər dərman vasitələri ilə birlikdə qəbul etməyə imkan verir. Əlavə təsirlərin, alışqanlığın və ləğvetmə sindromunun olmaması Adaptolu uzun müddət qəbul etməyə imkan verir. Adaptolun daha bir vacib xüsusiyyəti təşviş əleyhinə təsirin birinci tabletin qəbulundan sonra sürətlə baş verməsidir (birinci qəbul effekti) ki, bu da klinik təcrübədə böyük əhəmiyyətə malikdir.

Adaptolun klassik anksiolitiklərdən başlıca fərqi sistem neyromediator və hüceyrə təsir mexanizmlərinin birləşməsidir. Adaptolun əsas neyromediator təsirləri onun güclü adrenolitik aktivliyi və antiqlutamatergik təsiri fonunda mərkəzi QAYT-ergik, serotoninergik və daha az dərəcədə xolinergik təsirləridir.

Beləliklə, “vegetativ-sabitləşdirici” və adaptogen kimi Adaptolun təsirində onun beyinin neyromediator sistemlərinin qarşılıqlı əlaqəsinə kompleks təsiri ən mühüm rol oynayır [12, 24].

Adaptolun hüceyrə təsirləri də çoxtərəfli və müxtəlifdir. Bu preparatın təsirində antihipoksik, antioksidant və membran sabitləşdirici xüsusiyyətlər, hüceyrənin enerji təchizatı, qlükoza mübadiləsi və toxuma tənəffüsü proseslərinin aktivləşdirilməsi birləşir. Bununla yanaşı Adaptol mərkəzi və məlum dərəcədə, periferik tənzimləyici mexanizmlərə təsir sayəsində ürək-damar sisteminin fəaliyyət parametrlərini (arterial təzyiq, ürək yığılmalarının tezliyi, miokardda gedən biokimyəvi proseslər, tac damarlarda qan axını və s.) normallaşdırır [4]. Klinik təcrübədə psixosomatik patologiyanın neyrosirkulyator distoniya, ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyi, qıcıqlanmış qalın bağırsaq sindromu kimi formalarında, eləcə də aritmiyaların, miokardiodistrofiyanın müxtəlif formalarında, klimakterik və menstrual pozuntuların kompleks müalicəsində anksiolitik və adaptogen kimi effektivliyi nümayiş etdirilmişdir, bu patologiyalar zamanı Adaptol təşviş əleyhinə, vegetativ-sabitləşdirici və timik-sabitləşdirici təsir nümayiş etdirmişdir [10, 17, 25, 28].

Burada Adaptolun unikal, dozadan asılı təsirinin mövcudluğunu qeyd etmək lazımdır. Preparatın kiçik – gündə 0,9 q-dək dozaları təyin edildikdə, başlıca olaraq onun aktivləşdirici – psixostimullaşdırıcı və depressiya əleyhinə xüsusiyyətləri özünü büruzə verir, doza gündə 1,8-2,7 q-dək artırıldıqda, antiastenik və nootrop təsir üstünlük təşkil etməyə başlayır, yüksək – gündə 4,5 mq-dək dozalarda isə Adaptol sedativ və anksiolitik təsirlər nümayiş etdirir [35]. Beləliklə, Adaptolun istifadə strategiyasında çevik dozalanma rejimi bir sıra hallarda, xüsusilə, klinik simptomların polimorfizmi zamanı (nəzərəçarpan psixoastenik pozuntular fonunda təşviş, depressiya, koqnitiv təzahürlərin kombinasiyası), eləcə də, nevrotik və somatik patologiyanın birgə rast gəlindiyi pasiyentlərdə, yanaşı olaraq digər neyro- və psixotrop vasitələrin (nootropların, sedatiklərin, anksiolitiklərin, antidepressantların) təyin olunmasına ehtiyacı aradan qaldırmağa və pasiyentlərin bu kateqoriyasında polipraqmaziya ilə əlaqəli riskləri minimuma endirməyə imkan verir.

Adaptolun unikal təsir mexanizmi təhlükəsizliyi və effektivliyi səbəbindən onu həm təşviş və narahatlıq simptomları ilə keçən kəskin stress vəziyyətində, həm də psixosomatik xəstəlikləri olan pasiyentlərin geniş dairəsində (monoterapiya şəklində və ya müxtəlif farmakoloji qruplardan olan preparatlarla kombinasiyada) istifadə etməyə imkan verir.

Noofen və Adaptol preparatlarının plaseboya demək olar ki, bərabər olan yüksək təhlükəsizlik parametrləri onların “fizioloji” kimyəvi strukturu ilə müəyyən edilir və onların farmakoterapevtik və farmakoprofilaktik vasitələr qismində əsaslandırılmış istifadəsinin təminatıdır. Bu vasitələrin yüksək təhlükəsizlik səviyyəsi həmçinin aşağıdakılara imkan verir:

  • başlıca olaraq, xroniki stressin təsiri və farmakoprofilaktika və erkən farmakoterapiya strategiyasının həyata keçirilməsi şəraitində zəruri olan uzunmüddətli müalicə kursları aparmaq;
  • dərmanlarla qarşılıqlı təsir potensialının minimum olması sayəsində Adaptol və Noofen preparatlarını neyro- və psixotrop tipli digər vasitələrlə (antidepressantlarla, anksiolitiklərlə) həm sonuncuların təsirinin gücləndirilməsi, həm də sadalanan psixotrop vasitələrin doza yükünün azalmasına nail olmaq məqsədi ilə birlikdə istifadə etmək təhlükəsizdir, bu da anksiolitik və antidepressantların əksəriyyətinin təhlükəsizlik baxımından problemli olduğunu nəzərə alaraq, xüsusilə aktual görünür.

Beləliklə, həm Noofen, həm də Adaptol spesifik, yalnız onlara xas olan farmakoloji aktivlik spektrinə malikdirlər. Bu, konkret pasiyentdə dezadaptasiya fenomeninin inkişaf etməsi prosesində bu və ya digər klinik simptomların dominantlıq təşkil etməsindən asılı olaraq bu və ya digər preparatın (və ya onların kombinasiyasının) seçilməsi imkanını şərtləndirir. Monoterapiya çərçivəsində Noofenin və Adaptolun standart dozalı istifadə rejimləri hər bir pasiyent üçün gündə 3 dəfə 500 mq-dək təşkil edir. Dezadaptasiya və astenizasiya vəziyyətlərinin inkişafı zamanı Noofenin və Adaptolun kombinə olunmuş istifadəsinin tövsiyə olunan sxemi: Noofen – 1 ay ərzində gündə 2-3 dəfə 250 mq, daha sonra Adaptol – 1 ay ərzində gündə 2-3 dəfə 500 mq.

Adaptol və Noofen xroniki stress və onunla əlaqəli psixosomatik patologiya formaları zamanı erkən farmakoterapiya strategiyasının uğurla həyata keçirilməsi üçün zəruri olan kompleks təsirin əldə olunması baxımından bir-birini optimal şəkildə tamamlayırlar.

YEKUN NƏTİCƏLƏR

Beləliklə, qeyd etmək lazımdır ki, “adaptasiya pozuntuları” anlayışı yerli tibdə hələ geniş istifadə olunmağa başlamayıb, halbuki dünya təcrübəsində xeyli aktual və əhəmiyyətlidir (“adjustment disorders”). Bu vəziyyətlərin müalicə və profilaktika strategiyasının və taktikasının işlənib hazırlanması “sivilizasiya xəstəliklərinin” ən parlaq nümunələrindən biri olan psixosomatik patologiya ilə effektiv mübarizə aparmağa kömək edəcəkdir.

Possibilities of complex correction of central nervous system’s regulatory functions in psychosomatic pathology

S.G. Burchinsky

In the present paper a main mechanisms of development of psychopathological syndromes, especially anxiety and cognitive disorders, in psychosomatic pathology have been looked. A basic approaches to pharmacological correction of these disturbances using nootropic and adaptogenic drugs have been analyzed. A main attention paid to drugs Adaptol and Noofen as an optimal instruments of normalization of central nervous system’s regulatory functions in different forms of pathology, their mechanisms of action and clinical possibilities.

Key words: psychosomatic pathology, anxiety disorders, cognitive disorders, nootropics, adaptogens.

Müəlliflər barədə məlumatlar

Burçinski Sergey Georgiyeviç – “Ukrayna MTEA D.F. Çebotarev adına  Herontologiya İnstitutu” DU, Kiyev şəhəri,
 Vışqorodskaya küç., 67; tel.: (044) 431-05-62

ƏDƏBİYYATIN SİYAHISI

  • Аведисова А.С. Антиастенические препараты как средства первого выбора при астенических расстройствах // Мiжнар. Неврол. Журн. – 2007. – №1. – С. 101-104.
  • Акарачкова Е.С., Шварков С.Б. Тревога в неврологической и общесоматической практике. Современные аспекты терапии // Рус. Мед. Журн. – 2007. – Т. 15, № 5. – С. 440-445.
  • Александер Ф. Психосоматическая медицина. Принципы и практическое применение. – М.: Эксмо, 2002. -348 с.
  • Амосова Е.Н., Коноплева Л.Ф., Андреев Е.В. и др. Лечение «мягкой» артериальной гипертензии: не только антигипертензивные препараты // Укр. Тер. Журн. – 2010. – № 1. – С. 139-142.
  • Бурчинський С.Г. Препарат Ноофен (фенiбут): його властивості, перспективи застосування та мiсце серед нейротропних засобiв // Лiки. – 2002. – №1-2. – С. 55-60.
  • Бурчинський С.Г. До питання про мехнізми анальгетичноi дii ноотропiв: препарат Ноофен // Лiки. -2005. – №5-6. – С. 10-14.
  • Бурчинский С.Г. Астенический синдром в ангионеврологии: возможности направленной фармакотерапии // Рац. Фармакотер. – 2009. – № 2. -С. 33-36.
  • Вiничук С.М. Судинн захворювання нервовоi системи. – К.: Наукова думка, 1999. – 250 с.
  • Виничук С.М., Крылова В.Ю., Рогоза С.В. Тревожные расстройства с нарушением адаптации и методы их терапии // Междунар. Неврол. Журн. -2008. – № 2. – С. 74-80.
  • Гирина О.Н., Скаржевская Н.Л. Применение дневного транквилизатора «Адаптол» в комплексной терапии пациентов высокого кардиоваскулярного риска: целесообразность, эффективность и безопасность // Укр. Тер. Журн. – 2010. – № 1. – С. 125-128.
  • Громов Л.О. Фармаколопчний профiль дii ГАМК-ерпчних препаратiв
    в ряду психотропних засойв // Вiсн. Фармакол. Фарм. – 2001. – № 11. – С. 2-5.
  • Громов Л.А., Дудко Е.Т. «Типичные» и «атипичные» транквилизаторы
    // Вiсн Фармакол. Фарм. – 2003. -№10. – С. 11-17.
  • Калуев А.В. Проблемы изучения стрессорного поведения. – К.: Центр физиолого-биохимических проблем, 1998. – 133 с.
  • Карвасарский Б.Д. Неврозы. – М.: Медицина, 1990. – 573 с.
  • Коваленко I.В. Психосоматичні розлади: діагностика та лiкування. Вiнниця, 2010. – 28 с.
  • Крыжановский Г.Н. Дизрегуляционная патология // Дизрегуляционная патология. – М.: Медицина, 2002. – С. 18-78.
  • Лапшина Л.А., Кравчун П.Г., Шевченко О.С. Коррекция Адаптолом психопатологических проявлений и оксидативного стресса у больных, перенесших инфаркт миокарда // Врач. Практ. – 2008. – №1. – С. 3-29.
  • Мехилане Л.С., Ряго Л.К., Алликметс Л.Х. Фармакология и клиника фенибута. – Тарту: Изд. ТГУ, 1990. – 148 с.
  • Монастырский Ю.Н., Серкова В.К., Кузьминова Н.В. и др. Опыт применения Ноофена в лечении
    больных с нейроциркуляторной дистонией // Укр. Тер. Журн. – 2007. – № 4. – С. 84-87.
  • Несукай Е.Г. Диагностика и лечение дисфункции вегетативной нервной системы у женщин с климактерическим синдромом // Укр. Кардioл. Журн. – 2012. – 3 1. – С. 52-57.
  • Пилягина Г.Я. Психические расстройства в общетерапевтической практике // Doctor. – 2002. – № 6. -С. 17-21.
  • Поворознюк В.В., Орлик Т.В., Дудко О.Т. та 1н.//Лiкування вертебрального больового синдрому при остеохондрозi шийно-грудного вiділу хребта у жiнок з клiмактеричними розладами // Пробл. Остеологии. – 2003. – №4. – С. 4-10.
  • Руководство по гериатрии. – М.: Медицина, 1982. – 544 с.
  • Свинцицкий А.С., Воронков Е.Г. Новая группа психотропных средств – транквилизаторы с ноотропным компонентом, их место в повседневной врачебной практике. – К., 2001. – 8 с.
  • Скрыпник И.Н., Невойт А.В., Берук О.В. Оценка эффективности применения Адаптола в комплексном лечении больных с заболеваниями органов желудочно-кишечного тракта,
    соматоформной вегетативной дисфункцией // Вiсн. Пробл. Бioл. Мед.    2007. – №4. – С. 151-156.
  • Смулевич А.Б. Депрессии при соматических и психических заболеваниях . – М.: МИА, 2007. – 425 с.
  • Сыропятов О.Г., Дзеружинская Н.А., Яновский С.С. Место Ноофена в лечении тревожных расстройств у пациентов в общей медицинской практике // Укр. Вiсн. Психоневрол. – 2004. –      Т. 12, вип.1. – С. 90-93.
  • Чутко Л.С., Сурушкина С.Ю., Никишена И.С. и др. Клинико-нейрофизиологическое исследование эффективности препарата Адаптол при лечении синдрома эмоционального выгорания // Журн. Неврол. Психиат. – 2010. – Т. 110, № 10. – С. 30-33.
  • Chambers F.J. Pathophysiology of brain: neurotransmitter – vascular interactions // Brain: from pathophysiology – to pathology. – Washington: Univ. Press, 2006. – P. 263-283.
  • Ferreri M. Fatigue in primary care // Presse Med. – 1997. – V. 49. – P. 79-82.
  • File S.E. Recent developments in anxiety, stress and depression // Pharmacol. Biochem. Behav. – 1996. – V. 54. – P. 3-12.
  • Jitender S. Anxiety disorders associated with physical conditions // Arch. Int. Med. – 2006. – V. 166. – P. 2109-2116.
  • Redoux L. Neurotransmitter basis of anxiety // Anxiety: basic and clinical research. – N.Y.: Hammerworth Press, 2001. – P. 36-50.
  • Wurtman N.J. Brain biochemical markers of neurotic disorders // Appl. Biol. Chem. & Cytochem. – 2000. – V. 4. – P. 198-204.
  • Wyatt B.K. Anxiety and depressive disorders: pharmacotherapeutic advantages and limitations // Anxiety: Diagnostics, Clinics and Pharmacotherapeutic Aspects. – Chicago: Univ. Press, 2009. – P. 208-221.
  • Мкртчян В.Р., Орлов В.А., Кожокова Л.З. Возможности применения адаптола в клинической практике // Кардиология и сердечно-сосудистая хирургия. – 2012. – Т. 5, № 6.