Sayt kukilərdən istifadə edir
Saytımız saytın performansını, səmərəliliyini və rahatlığını yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Saytdan istifadə etməyə davam etməklə siz kukilərdən istifadə ilə razılaşırsınız Daha ətraflı
O.S. LEVİN, S.A. RAÇİN
Rusiya fasiləsiz peşə təhsili Tibb Akademiyası
Raçin Sergey Andreyeviç, rachin.sergei@gmail.com
emosional pozuntular, təşviş pozuntuları, təşviş, somatik patologiya, Adaptol
Sitat üçün:
O.S. Levin, S.A. Raçin. Somatik patologiyası olan pasiyentlərdə emosional pozuntuların müalicəsində Adaptolun effektivliyi. Farmakologiya & Farmakoterapiya. 2022; (5): ??.
DOI 10.46393/27132129_2022_5_
Məlumdur ki, emosional pozuntular somatik xəstəliklərin inkişaf etməsinin risk amili ola bilər. Somatik xəstəlikləri olan pasiyentlərdə təşviş pozuntularının yayılma səviyyəsinin yüksək olması səbəbindən, anksiolitiklərin, xüsusilə də, Adaptol® preparatının təyin edilməsi əsaslandırılmış görünür.
Məqsəd – müxtəlif somatik patologiyası olan pasiyentlərdə emosional pozuntuların müalicəsində Adaptolun istifadə effektivliyi barədə məlumatları ümumiləşdirmək.
Material və metodlar. Somatik patologiya fonunda emosional pozuntuların müalicəsində Adaptolun 1000 mq dozada istifadəsinin tədqiqini təsvir edən elmi məqalələrin axtarışı aparılmışdır.
Nəticələr. 239 pasiyentdə 4-8 həftə ərzində Adaptolun istifadəsinə dair səkkiz tədqiqat təhlil edilmişdir. Göstərilmişdir ki, somatik patologiyası olan pasiyentlərdə Adaptolun müalicə sxeminə daxil edilməsi təşviş səviyyəsinin və digər emosional pozuntuların əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.
Yekun nəticə. Somatik patologiyası olan pasiyentlərdə emosional pozuntuların korreksiyası üçün Adaptol® seçim preparatı ola bilər.
Sergei A. Rachin, rachin.sergei@gmail.com
Key words:
emotional disorders, anxiety disorders, anxiety, physical illnesses, Adaptol
It is known that emotional disorders can be a risk factor for physical illnesses. Due to the high prevalence of anxiety disorders in patients with physical illnesses, it seems reasonable to prescribe anxiolytics, in particular Adaptol.
Aim. To provide data on the effectiveness of Adaptol in the treatment of emotional disorders in patients with various physical illnesses. Materials and methods. A search was conducted for scientific articles describing studies of the use of Adaptol at a dose of 1000 mg per day for emotional disorders in patients with physical illnesses.
Results. 8 studies of the use of Adaptol for 4-8 weeks in 239 patients were analyzed. Adding
Adaptol to the therapy leads to a significant reduction in the level of anxiety and other emotional disorders in patients with physical illnesses.
Conclusion. Adaptol can be used for the correction of emotional disorders in patients with physical illnesses.
For citation: Levin O.S., Rachin S.A. Effectiveness of Adaptol in the treatment of emotional disorders in patients with physical illnesses. Pharmacology & Pharmacotherapy. 2022; (5): ??. DOI 10.46393/27132129_2022_5_
Təşviş-depressiya spektrli pozuntular klinik təcrübədə geniş yayılmışdır, bu xəstəlik hallarının sayı hər il artmağa meyllidir. Xəstəliklərin qlobal yükünə dair tədqiqata əsasən, 2019-cu ildə depressiyadan təxminən 280 milyon insan (əhalinin təxminən 3,8%-i, 5%-dən çoxu yetkin insanlar və 60 yaşdan yuxarı şəxslər), təşviş pozuntularından 301 milyon insan (əhalinin təxminən 4%-i) əziyyət çəkmişdir ki, bu da 1990-cı ilin göstəricilərindən 1,5 dəfə çoxdur [1, 2]. Rusiya Federasiyasında klinik cəhətdən ifadə olunmuş təşviş və depressiyanın yayılması müvafiq olaraq 18,1 % və 8,8% təşkil edir [3].
Bir sıra tədqiqatlarda göstərilmişdir ki, insultdan sonrakı bir il ərzində təşviş pozuntularının yayılma səviyyəsi 29,3% təşkil edir, ən böyük inkişaf tezliyi ilk iki həftə ərzində qeydə alınır [7].
Xroniki böyrək xəstəliyi olan pasiyentlərdə yüksək təşviş simptomları 43% hallarda, təşviş pozuntuları isə 19% hallarda rast gəlinir, ən böyük yayılma səviyyəsi Avropada və Asiyada qeydə alınır [9].
Artan təşviş ağrının qavranılmasının güclənməsinə və onun keçirilməsinin azalmasına gətirib çıxarır [10]. Emosional pozuntular, xüsusilə də, təşviş çox zaman xroniki ağrı sindromu olan pasiyentlərdə rast gəlinir ki, bu da onun gedişini çətinləşdirə və adekvat ağrıəleyhinə müalicənin seçilməsinə mane ola bilər [11]. Bu halda Adaptol® seçim preparatı ola bilər (tetrametiltetraazabisiklooktandion). Bu preparat atipik qeyri-benzodiazepin trankvilizatorlara aiddir, onlar əhəmiyyətli miorelaksasiyaya, koqnitiv pozuntulara, fiziki və psixi asılılıq sindromuna səbəb olmurlar. Adaptol® adrenergik və qlutamatergik sistemlərə münasibətdə antaqonistik aktivlik nümayiş etdirir və beynin serotonin- və QAYT-ergik mexanizmlərinin fəaliyyətini gücləndirir. Adaptol® mülayim trankvilizəedici təsir nümayiş etdirir və demək olar ki, əlavə təsirlərə səbəb olmur [12, 13].
Bu icmalın məqsədi müxtəlif somatik patologiyası olan pasiyentlərdə emosional pozuntuların müalicəsində Adaptolun istifadə effektivliyi barədə məlumatları ümumiləşdirmək olmuşdur.
Somatik patologiya fonunda emosional pozuntuların müalicəsində Adaptolun 1000 mq dozada istifadəsinin tədqiqini təsvir edən elmi məqalələrin axtarışı bütün müddət ərzində Pubmed, Cochrane Central Register of Controlled Trials (CENTRAL), U.S. National Library of medicine, ClinicalTrials.gov, World Health Organization International Clinical Trials Registry Platform, Google Scholar, eLibrary.ru, KiberLeninka kimi məlumat bazalarında aparılmışdır. Axtarış açar sözlər və/və ya onların kombinasiyaları üzrə aparılmışdır: Adaptol, Human, Адаптол, klinik tədqiqatlar.
Axtarış zamanı Rusiya Federasiyasının və xarici dövlətlərin tibbi təşkilatlarında 4 həftədən 8 həftəyədək müddətdə aparılmış səkkiz tədqiqat seçilmişdir. Bu analizə serebrovaskulyar xəstəlikləri, ürəyin işemik xəstəliyi (gərginlik stenokardiyası, infarktdan sonrakı kardioskleroz) və digər somatik patologiyası olan 239 pasiyent daxil edilmişdir. Tədqiqata daxil edilmiş bütün pasiyentlər gündə 1000 mq dozada Adaptol preparatı ilə müalicə kursu keçmişdir. Seçilmiş bütün tədqiqatlarda emosional pozuntuların diaqnostikası və aparılmış müalicəyə nəzarət üçün validasiya olunmuş şkalalardan istifadə edilmişdir. Aşağıdakı göstəricilərin məlumatlarının qiymətləndirilməsi aparılmışdır: Spilberger-Haninin reaktiv və şəxsiyyət təşvişi şkalası, Hospital Anxiety and Depression Scale (HADS) şkalası, həyat keyfiyyətinin qiymətləndirilməsi üzrə Short Form-36 (SF-36) şkalasının “Fiziki fəaliyyət” və “Psixi sağlamlıq” bölmələri.
Adaptolun effektivliyi xroniki serebrovaskulyar xəstəliklərlə əlaqəli təşviş-asteniya pozuntularının müalicəsində qiymətləndirilmişdir. O.V. Vorobyova və həmmüəlliflərin apardığı tədqiqatda (2014) pasiyentlərin 72,4%-də 6 həftə ərzində gündə iki dəfə 500 mq Adaptol preparatı ilə müalicə fonunda təşviş simptomları aradan qalxmış, həyat keyfiyyəti isə 10%-dən çox artmışdır, ən müsbət dəyişikliklər həyat keyfiyyətinin psixi komponentində aşkar edilmişdir. Bundan əlavə, Adaptol® preparatı qəbul etmiş pasiyentlərdə asteniya simptomlarının əhəmiyyətli dərəcədə azalması və fiziki yüklənməyə dözümlülüyün artması qeydə alınmışdır [14].
Digər tədqiqatda Adaptolun I və II mərhələ dissirkulyator ensefalopatiyası olan pasiyentlərdə istifadəsi qiymətləndirilmişdir. Adaptolun gündə iki dəfə 500 mq dozada qəbulundan 4 həftə sonra həm şəxsiyyət təşvişinin, həm də situasion təşvişin etibarlı dərəcədə əhəmiyyətli azalması, həyat keyfiyyətinin, xüsusilə də, sağlamlığın psixoloji komponentini xarakterizə edən göstəricilərin nəzərəçarpan dərəcədə yaxşılaşması qeydə alınmışdır [15].
İnsultdan sonrakı emosional pozuntuların müalicəsində Adaptolun effektivliyinin sübutları mövcuddur. Belə ki, aparılmış tədqiqatda beyin qan dövranının kəskin pozulmasından sonrakı erkən bərpa dövründə olan pasiyentlər 4 həftə ərzində gündəlik 1000 mq dozada Adaptol® qəbul etmişdir. Adaptolun qəbulu fonunda şəxsiyyət təşvişinin və reaktiv təşvişin azalması, həyat keyfiyyəti göstəricilərinin yaxşılaşması, psixovegetativ reaksiyaların azalması və müvafiq olaraq, pasiyentlərin reabilitasiya proqnozunun yaxşılaşması və sosial adaptasiyasının sürətlənməsi müşahidə olunmuşdur [16].
3-4 həftə əvvəl miokard infarktı keçirmiş pasiyentlərdə təşviş pozuntularının müalicəsində Adaptolun istifadəsinin effektivliyi təhlil edilmişdir. 4 həftə ərzində gündə iki dəfə 500 mq dozada Adaptol ilə müalicə kursundan sonra təşvişin əhəmiyyətli dərəcədə azalması və həyat keyfiyyətinin yaxşılaşması aşkar edilmişdir ki, bu da müəlliflərin fikrincə, reabilitasiya tədbirlərinin effektivliyinə əhəmiyyətli dərəcədə təsir etmişdir [17].
Digər bir tədqiqatda, ən azı üç ay əvvəl miokard infarktı keçirmiş pasiyentlər Adaptol preparatını gündə iki dəfə 500 mq dozada 4 həftə ərzində qəbul etmişdir. Təşviş hissinin, daxili gərginliyin, əsəbiliyin, həyəcanın, emosional gərginliyin azalması qeydə alınmış, eləcə də yuxu yaxşılaşmış, iş qabiliyyəti və fiziki yüklənməyə qarşı dözümlülük artmış, sağlamlığın fiziki və psixoloji komponentlərinin göstəriciləri etibarlı dərəcədə artmışdır. Qeyd etmək lazımdır ki, müalicə müddətində pasiyentlərdə stenokardiya tutmalarının tezliyi azalmışdır. Bundan əlavə, Adaptolun qəbulu fonunda plasebo qrupu ilə müqayisədə arterial təzyiqin variabellik göstəricilərinin daha nəzərəçarpan müsbət dinamikası müşahidə edilmişdir ki, bu da ürək-damar ağırlaşmalarının yaranması riskinin azalmasına səbəb olmuşdur [18].
Adaptolun I-III funksional sinif gərginlik stenokardiyası olan pasiyentlərdə istifadəsi tədqiq edilmişdir. Adaptolun gündə iki dəfə 500 mq dozada qəbul edilməsi fonunda, 8 həftədən sonra iş qabiliyyətində, fiziki yüklənməyə qarşı dözümlülükdə etibarlı dərəcədə artım, yorğunluğun, daxili gərginlik və qorxu hissinin azalması qeydə alınmışdır. Adaptolun qəbuluna başladıqdan artıq bir ay sonra təşviş etibarlı dərəcədə azalmışdır. Bundan əlavə, ürək yığılmalarının orta maksimal tezliyinin azalması, fiziki yüklənməyə cavab olaraq arterial təzyiqin daha az artması qeydə alınmışdır ki, bu da ürək-damar ağırlaşmalarının riskini şərtsiz olaraq azaltmışdır [19].
Adaptolun 4 həftə ərzində gündə iki dəfə 500 mq dozada istifadəsi təşviş pozuntularından əziyyət çəkən, gərginlik, narahatlıq, rahatlaşa bilməmək, yaddaşın pozulması, yuxuya getmənin çətinləşməsi və gecə yuxusunun pozulmasından şikayətlənən şəkərli diabeti olan pasiyentlərdə tədqiq edilmişdir. Adaptolun istifadəsi nəticəsində şəxsiyyət təşvişinin və reaktiv təşvişin etibarlı dərəcədə azalması, yuxunun normallaşması və pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması qeydə alınmışdır [20].
Adaptolun 4 həftə ərzində gündə iki dəfə 500 mq dozada istifadəsinin effektivliyi residivləşən xroniki pankreatit və komorbid təşviş-depressiya pozuntuları olan pasiyentlərdə qiymətləndirilmişdir. Göstərilmişdir ki, preparatın qəbuluna başladıqdan 14 gün sonra şəxsiyyət təşvişi və reaktiv təşviş azalmış, eləcə də ümumi səhhət, əhval-ruhiyyə və fiziki aktivlik göstəriciləri yüksəlmişdir. Bundan əlavə, farmako-iqtisadi təhlil zamanı aşkar edilmişdir ki, Adaptolun kompleks müalicəyə daxil edilməsi spazmolitiklərin, analgetiklərin və prokinetiklərin istifadəsinin azalmasına gətirib çıxarır ki, bu da müalicə xərclərini azaldır [21].
Göstərilən tədqiqatların ətraflı məlumatları ümumiləşdirilmiş və cədvəldə təqdim edilmişdir.
Somatik patologiyası olan pasiyentlərdə emosional pozuntuların müalicəsində Adaptolun istifadəsinə dair tədqiqatlar
| Somatik patologiya | Xroniki SVX | BQDKP | ÜİX, İSKS | ÜİX, İSKS | ÜİX, GS | ŞD | Xroniki pankreatit | |
|---|---|---|---|---|---|---|---|---|
| Təşviş-asteniya pozuntuları | Dissirkulyator ensefalopatiya | |||||||
| Tədqiqatın müddəti, həftələr | 6 | 4 | 4 | 4 | 4 | 8 | 4 | 4 |
| Pasiyentlərin sayı | 29 | 35 | 25 | 29 | 40 | 42 | 19 | 20 |
| Orta yaş, illər | m/y | m/y | m/y | 49,7 ± 2,8 | 56,2 ± 1,8 | 52 | 57,4 ± 4,7 | m/y |
| Qadınlar, n (%) | 18 (62) | 20 (57) | m/y | m/y | 18 (45) | 9 (21) | m/y | m/y |
| Spilberger–Hanin şkalası (reaktiv təşviş), M ± SK | m/y |
DE1 44,0 ± 10,5 DE2 52,0 ± 11,3 |
51,6 | 44,6 ± 3,7 | m/y | m/y | 44,8 ± 1,7 | 60,2 ± 1,2 |
|
DE1 31,0 ± 9,8* DE2 41,0 ± 10,1* |
41,4** | 25,3 ± 3,4* | 26,4 ± 3,6* | 42,6 ± 1,6* | ||||
| Spilberger–Hanin şkalası (şəxsiyyət təşvişi), M ± SK | m/y |
DE1 41,0 ± 11,2 DE2 48,0 ± 10,9 |
48,6 | 43,5 ± 4,1 | m/y | m/y | 47,4 ± 1,6 | 59,7 ± 1,9 |
|
DE1 37,0 ± 10,5* DE2 42,0 ± 10,3 |
40,1** | 26,7 ± 4,2* | 27,8 ± 4,0* | 45,6 ± 1,9* | ||||
| HADS şkalası, təşviş, M ± SK | 13,9 ± 0,75 | m/y | m/y | m/y | m/y | 9,42 ± 0,49 | m/y | 13,6 ± 1,8 |
| 7,4 ± 2,7* | 7,21 ± 0,28* | 7,8 ± 0,8* | ||||||
| SF-36 şkalası, fiziki fəaliyyət, M ± SK | 50,3 |
DE1 45,5 ± 1,06 DE2 41,5 ± 1,05 |
m/y | m/y | 41,8 ± 1,64 | m/y | m/y | m/y |
| 63,6* |
DE1 47,9 ± 0,41 DE2 43,9 ± 1,4 |
46,6 ± 1,5* | ||||||
| SF-36 şkalası, psixi sağlamlıq, M ± SK | 45,0 |
DE1 53,2 ± 0,9 DE2 46,2 ± 0,82 |
m/y | m/y | 48,1 ± 2,1 | m/y | m/y | m/y |
| 66,5* |
DE1 57,2 ± 1,0* DE2 49,9 ± 0,5* |
59,6 ± 1,04* | ||||||
Beləliklə, müxtəlif somatik xəstəlikləri olan 239 pasiyentdə 4-8 həftə ərzində gündə 1000 mq dozada Adaptolun istifadəsini təsvir edən səkkiz tədqiqat tərəfimizdən təhlil edilmişdir. Adaptolun müalicə sxeminə daxil edilməsi təşviş səviyyəsinin və digər emosional pozuntuların əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər, bu da müalicəyə əməl etmənin artması və əsas xəstəlikdən asılı olmayaraq pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşması ilə müşayiət olunacaqdır.
Somatik patologiyası olan pasiyentlərdə emosional pozuntular problemi getdikcə daha da aktuallaşır. Pasiyentlərin bu kateqoriyasının müalicəsində uğura nail olmaq üçün fərdiləşdirilmiş tibb prinsiplərinə əməl etmək, habelə optimal farmakoterapiya variantlarından istifadə etmək lazımdır. Bu halda Adaptol® seçim preparatı ola bilər.
Adaptol® təşviş əleyhinə mülayim təsir göstərən qeyri-tipik (qeyri-benzodiazepin) anksiolitiklərə aiddir. Adaptol® kimyəvi quruluşuna görə orqanizmin metabolitlərinə yaxındır, belə ki, iki sidik cövhəri molekulundan ibarətdir, buna görə də, demək olar ki, əlavə təsir göstərmir. Adaptol® beyinin neyromediator sistemlərinin aktivlik balansını normallaşdırır: QAYT-a münasibətdə aktivləşdirici və oyadıcı neyrotransmitterlər – noradrenalin və qlutamata münasibətdə zəiflədici, eləcə də adreno- və serotoninergik təsirlərin qarşılıqlı münasibətlərinə normallaşdırıcı təsir göstərir. Preparat limbik-retikulyar kompleksə daxil olan strukturların aktivliyinə, xüsusilə də, hipotalamusun emosiogen zonalarına təsir edir. Bunun sayəsində Adaptol® anksiolitik, vegetativ-sabitləşdirici, adaptogen, nootrop və normostenik təsir göstərir. Adaptol® əzələ boşaldıcı, hərəkətlərin koordinasiyasını pozan və yuxugətirici təsirlərə malik deyildir, preparat sadəcə olaraq, yuxunun fazalarını normallaşdıraraq yuxugətirici vasitələrin təsirini gücləndirir. Adaptol® nəzərəçarpan davranış toksikliyinə səbəb olmur və qəbul edildiyi zaman iş qabiliyyətini tam həcmdə saxlamağa imkan verən gündüz anksiolitikidir. Preparat digər dərman vasitələri və qida ilə qarşılıqlı təsirdə olmur, onun qəbulu zamanı metabolitlər yaranmır. Orqanizmdə toplanmır, bununla əlaqədar olaraq preparata alışqanlıq qeydə alınmır.
Adaptol® ilə müalicə kursu onun üç ayadək müddətdə gündə iki-üç dəfə 500 mq dozada qəbulunu nəzərdə tutur.