Amiodaron: məlum aritmiyaəleyhinə preparatın istifadəsi zamanı mümkün risklər

Баннер

Klinik təcrübədə terapevtik strategiyanın seçimi pasiyentin fərdi vəziyyəti nəzərə alınmaqla həyata keçirilir. Bir sıra hallarda preparatın təyin edilməsi barədə qərar qəbul etmək üçün həkim "risk – fayda" nisbətini diqqətlə qiymətləndirməlidir. Kifayət qədər "adi" hesab edilə bilən, lakin təəssüf ki, əhəmiyyətli əlavə təsirlərə malik olan preparatların təyin edilməsi zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Məsələn, aritmiyaların müalicəsi üçün amiodaron preparatının istifadəsi elə əvvəldən kardioloqlar arasında ciddi fikir ayrılıqlarına səbəb olmuşdur. Ekstrakardial əlavə təsirlərin yüksək tezliklə baş verməsi səbəbindən uzun müddət ərzində amiodaron "ehtiyat preparatı" hesab edilmişdir (bir sıra mütəxəssislər isə hələ də belə hesab edirlər)1,2.

Amiodaronun mümkün əlavə təsirləri3,4

  • Ekstrapiramidal tremor;
  • Ataksiya;
  • Kəllə-beyin hipertenziyası;
  • Gecələr qorxulu yuxugörmələr.
  • Hipotireoz (T4-ün T3-ə çevrilməsini bloklayır);
  • Hipertireoz (preparatın tərkibində yod vardır).
  • Bradikardiya;
  • AV-blokada.
  • Fotosensibilizasiya;
  • Allergik reaksiyalar;
  • Dərinin boz-mavi rəngə boyanması.
  • Optik neyropatiya;
  • Buynuz qişada çöküntülər.
  • Ağciyərlərin fibrozu;
  • Pnevmonit, plevrit;
  • Bronxiolit.
  • Qaraciyər funksiyasının pozulması, bəzən letal nəticə ilə.
  • Epididimit;
  • İmpotensiya.

FDA-nın postmarketinq müşahidəsi zamanı amiodaronla müalicədən sonra ağciyər şişlərinin, qalxanabənzər vəzi xərçənginin və dəri xərçənginin inkişafı halları qeydə alınmışdır.

Tayvanın Milli Sığorta Məlumat Bazasının məlumatları əsasında aparılmış genişmiqyaslı populyasiya tədqiqatında müəyyən edilmişdir ki, amiodaron qəbul edən pasiyentlərdə xərçəngin inkişaf etmə riski ümumi populyasiya ilə müqayisədə daha yüksək olmuşdur.

Bundan əlavə, preparatın yüksək kumulyativ dozalarında (ilk il ərzində > 180 cDDD) risk əhəmiyyətli dərəcədə artmışdır (HR = 1,98; p = 0,006), bu da dozadan asılı təsirə işarə edir.

Xərçəngin konkret növlərində (ağciyər, dəri, qalxanabənzər vəzi) statistik cəhətdən əhəmiyyətli artım müşahidə olunmasa da, tədqiqatın nəticələri amiodaronun uzunmüddətli istifadəsinin bədxassəli törəmələrin inkişaf etmə riskinin artması ilə mümkün əlaqəsini (xüsusilə kişilərdə və preparatın yüksək dozalarında) təsdiqləyir5.

Amiodaron onkoloji xəstəliklərinin inkişaf etmə riskini artıra bilər5

  • Retrospektiv kohort tədqiqatı.
  • Məqsəd: amiodaronun istifadəsinin onkoloji xəstəliklərin inkişaf etmə riskinin artması ilə əlaqəli olub-olmadığını müəyyən etmək.
  • Müşahidə müddəti: 13 il (1 yanvar 1996-cı ildən 31 dekabr 2008-ci ilədək).
  • Son nöqtə: xərçəngin yaranması.
    • Tədqiqata ≥ 28 gün ərzində amiodaron qəbul edən pasiyentlər (20 yaşdan yuxarı, N = 6418) daxil edilmişdir.
    • Əvvəllər bədxassəli törəmələri olan pasiyentlər tədqiqatdan xaric edilmişdir.

Nəticələr

  • Amiodaron qəbul edən pasiyentlərdə ümumi populyasiya ilə müqayisədə xərçəngin inkişaf riskinin statistik əhəmiyyətlilik həddində artması qeydə alınmışdır.
  • Kişi pasiyentlərdə və ya preparatın > 180 mq kumulyativ gündəlik dozasını qəbul edən pasiyentlərdə birinci il ərzində xərçəngin inkişaf riskinin əhəmiyyətli dərəcədə daha yüksək olduğu müşahidə edilmişdir, hər iki amilin mövcud olduğu pasiyentlərdə isə xəstələnmənin standartlaşdırılmış əmsalı (SIR) daha yüksək olmuş və 1,46 təşkil etmişdir (p = 0,008).

Amiodaron amiodaronla induksiya olunan ekzogen toksik alveolitin (AİETA) inkişaf etməsinə səbəb ola bilər6

Ağciyər toxumasında amiodaronun konsentrasiyası qan zərdabındakı konsentrasiyadan 100–500 dəfə yüksək ola bilər. Ağciyər toxumasında amiodaronun klirensi çox yavaşdır və preparatın izləri hətta müalicə dayandırıldıqdan bir il sonra belə ağciyərlərdə aşkar edilə bilər.

  • AİETA zamanı letallıq 10–23% təşkil edir.
  • Xəstəliyin kəskin başlanğıcı və KRDS-nin inkişafı zamanı kortikosteroidlərlə müalicəyə baxmayaraq letallıq 40–50%-ə çata bilər.
  • Yarımkəskin və ya xroniki gediş zamanı 5–20% hallarda preparatın qəbulu dayandırıldıqdan sonra belə xəstəlik proqressivləşir, letallıq isə 10–33%-ə çatır.

Tədqiqatların məlumatlarına əsasən6

  • Gündəlik doza ≥ 400 mq — AİETA-nın rastgəlmə tezliyi 5–15%.
  • Gündəlik doza < 400 mq — AİETA-nın rastgəlmə tezliyi ~ 1,6%.

Yaponiyada uzun müddət aşağı (200 mq-a qədər) dozada amiodaron qəbul edən 500 pasiyentdə AİETA aşağıdakı tezlikdə inkişaf etmişdir:

  • 1 ildən sonra — 4,2% hallarda.
  • 3 ildən sonra — 7,8% hallarda.
  • 5 ildən sonra — 10,6% hallarda.

Gündəlik doza, yaş və dezetilamiodaronun plazma konsentrasiyasının aşılması AİETA-nın inkişafının müstəqil risk amilləridir:

  • amiodaronun gündəlik dozası ≥ 400 mq və müalicə kursunun müddəti > 2 ay (6–12 ay);
  • ümumi kumulyativ dozanın > 100–150 q-a qədər toplanması və qan plazmasında dezetilamiodaronun səviyyəsinin aşılması;
  • yaş > 60: risk hər 10 ildən bir 3 dəfə artır.

Müasir tövsiyələrə əsasən, aritmiya əleyhinə preparatın seçimi miokardın struktur vəziyyəti, yanaşı xəstəliklər və müalicənin keçirilməsi ilə müəyyən edilir. Müasir aritmiyaəleyhinə preparatların geniş spektri aritmiyası, o cümlədən qulaqcıqların fibrilyasiyası (QF) olan hər bir pasiyent üçün müalicənin fərdi qaydada seçilməsinə imkan verir. Pasiyentin vəziyyətindən asılı olaraq həkim ürək ritminə nəzarət strategiyasını və ya davam edən QF fonunda ürək yığılmalarının tezliyinə nəzarət strategiyasını seçir. "Ritmə nəzarət" strategiyası sinus ritmini qorumağa və saxlamağa yönəlib və müxtəlif metodların, o cümlədən kardioversiyanın, aritmiyaəleyhinə preparatların istifadəsinin, kateter ablasiyasının, antikoaqulyant terapiyanın, həmçinin həyat tərzinin və yuxu keyfiyyətinin korreksiyasının kombinasiyasını əhatə edə bilər7.

İdiopatik QF olan pasiyentlərin müalicəsində geniş yayılmış səhv – effektivliyi onunla oxşar, lakin uzunmüddətli qəbul zamanı daha təhlükəsiz olan I sinif aritmiyaəleyhinə preparatların, məsələn, Etasizin® preparatının əvəzinə amiodaronun birinci sıra preparatı kimi təyin edilməsidir2,7.

Etasizin®

  • Daxil olan sürətli natrium cərəyanını zəiflədir, kalsium kanallarının qismən zəiflədilməsi hesabına mənfi inotrop təsir göstərir. Miokardın keçirici sistemi boyunca oyanmanın keçirilməsini ləngidir. Mülayim işemiyaəleyhinə təsir göstərir. Xolinolitik təsirə malikdir, buna görə də n. vagus-un aktivləşməsi ilə əlaqəli aritmiyalarda effektivdir8,9.
  • Paroksizmal QF-nin aradan qaldırılmasında effektivliyi ilə yanaşı, preparat həm erkən (88,9%), həm də gec (91,7%) vaxtından əvvəl baş verən qulaqcıq komplekslərinin əhəmiyyətli dərəcədə azalmasını nümayiş etdirmişdir10.
  • МожеÜrəyində minimal struktur dəyişiklikləri olan pasiyentlərin və sol mədəciyin hipertrofiyası olmayan arterial hipertenziyalı pasiyentlərin müalicəsində istifadə oluna bilər (ExoKQ-nin məlumatlarına əsasən, sol mədəciyin miokardının qalınlığı 15 mm-dən azdır)9.
Мужчина играет на ударной установке

ETASİZİN —
SAĞLAM ÜRƏYİN RİTMİ

ürəyin struktur zədələnmələri olmayan pasiyentlərdə

Упаковка препарата
  • QF paroksizmlərinin residivlərinin tezliyini 3 dəfə azaldır1111
  • QF paroksizmlərinin müddətini 58% qısaldır11
  • Cmax göstəricisinə orta hesabla 2,5 saatdan sonra çatır8
  • AİETA — amiodaronla induksiya olunan ekzogen toksik alveolit;
  • Eİ — etibarlılıq intervalı;
  • KRDS — kəskin respirator distress sindromu;
  • QF — qulaqcıqların fibrilyasiyası;
  • AXOX — ağciyərlərin xroniki obstruktiv xəstəliyi;
  • ЭхоКГ — exokardioqrafiya;
  • SIR — xəstələnmənin standartlaşdırılmış əmsalı;
  • cDDD — kumulyativ müəyyən edilmiş gündəlik doza;
  • HR — risklərin nisbəti.

Ədəbiyyatın siyahısı:

  1. Джанашия П. Х., Шевченко Н. М., Шлык С. В., Хамицаева Е. О. Антиаритмические препараты. 2006. Лечащий врач. № 06.
  2. Миллер О. Н., Сыров А. В., Дощицин В. Л. и др. Клинические рекомендации и мнение экспертов по применению антиаритмических препаратов в реальной практике. Consilium Medicum. 2019; 21 (5): 43–50. Doi: 10.26442/20751753.2019.5.190328.
  3. Amiodaron preparatının istifadəsi üzrə təlimat.
  4. Сивякова О. Н., Шманова Н. Ю., Дулеба А. П. Случай множественных побочных эффектов амиодарона. 2018. Consilium medicum. 20 (5): 71-74.
  5. Su, V.Y.-F., Hu, Y.-W., Chou, K.-T., Ou, S.-M., Lee, Y.-C., Lin, E.Y.-H., Chen, T.-J., Tzeng, C.-H. and Liu, C.-J. (2013), Amiodarone and the risk of cancer. Cancer, 119: 1699-1705. https://doi.org/10.1002/cncr.27881.
  6. Орлова Г. П., Илькович М. М., Николаева Ю. В., Сперанская А. А. Амиодарон-индуцированный экзогенный токсический альвеолит (анализ данных литературы и собственных наблюдений). Доктор.Ру. Терапия. Заболевания органов дыхания. Клиническая медицина сна. 2015. № 3 (104) — № 4 (105). С. 44–49.
  7. Van Gelder IC, Rienstra M, Bunting KV, et al. ESC Scientific Document Group. 2024 ESC Guidelines for the management of atrial fibrillation developed in collaboration with the European Association for Cardio-Thoracic Surgery (EACTS). Eur Heart J. 2024 Sep 29; 45(36): 3314-3414. Doi: 10.1093/eurheartj/ehae176.
  8. Etasizin preparatının tibbi istifadəsi üzrə təlimat. Təsdiqlənmə tarixi: 25.05.2021. "Dərman vasitələrinin, tibbi təyinatlı məmulatların və tibbi texnikanın ekspertizası və standartlaşdırılması üzrə Dövlət Mərkəzi" Dövlət Unitar Müəssisəsi. Özbəkistan Respublikası Səhiyyə Nazirliyi yanında Əczaçılıq Sənayesinin İnkişafı Agentliyi.
  9. Тарасов А. В. Антиаритмические препараты I класса. Anamnesis morbi. Январь - февраль 2022.
  10. Kuridze N., Etsadashvili K., Minadze E. A prospective analysis of the efficacy and safety of ethacizine during premature atrial contractions and premature ventricular contractions. European Heart Journal. Supplements. 2024; 45(1); ehae666.3318.
  11. Сычев О. С., Романова Е. Н., Скрибная О. В. Результаты клинического исследования «Оценка эффективности и безопасности препарата Этацизин у больных с нарушениями ритма без выраженной органической патологии сердца». Аритмология, № 3 (19) 2016, ISSN 2309-8872.