Təşvişin diaqnostikası üçün alətlər

İşinizi asanlaşdırmaq üçün pasiyentlərinizdə təşviş səviyyəsini obyektiv qiymətləndirməyə kömək edəcək təsdiqlənmiş şkalaları bir səhifədə toplamışıq.

Təşviş və depressiyanın hospital şkalası (HADS) istifadə və işlənilmə baxımından sadədir, bu da onu təşviş və depressiyanın ilkin aşkarlanması (skrininqi) üçün tövsiyə etməyə imkan verir1.

🕒Doldurulma vaxtı: 2 – 5 dəqiqə

📋14 bənd

Generalizə olunmuş təşviş pozuntusu şkalası (GTP-7) son 2 həftə ərzində təşviş simptomlarının ağırlığınıqiymətləndirməyə imkan verir2.

🕒Doldurulma vaxtı: 2 – 5 dəqiqə

📋7 sual

Spilbergerin təşviş şkalası (STAI) — cari anda təşviş səviyyəsinin (reaktiv təşviş, vəziyyət kimi) və şəxsiyyət təşvişinin (şəxsiyyətin davamlı xüsusiyyəti kimi) pasiyentin özü tərəfindən qiymətləndirilməsi üçün informativ üsuldur3.

🕒Doldurulma vaxtı: təxminən 10 dəqiqə

📋40 bənd

HADS (Hospital Anxiety and Depression Scale) — təşviş və depressiyanın hospital şkalası;

STAI (State-Trait Anxiety Inventory) — reaktiv və şəxsiyyət təşvişinin qiymətləndirilməsi;

ГТР — generalizə olunmuş təşviş pozuntusu

Mənbələr

  1. Stern A.F. The hospital anxiety and depression scale. Occup Med (Lond). 2014; 64(5):393–394. DOI: 10.1093/occmed/kqu024
  2. Spitzer R.L. et al. A brief measure for assessing generalized anxiety disorder. Arch Intern Med. 2006; 166(10):1092-7.
  3. Julian L.J. Measures of anxiety: State-Trait Anxiety Inventory (STAI), Beck Anxiety Inventory (BAI), and Hospital Anxiety and Depression Scale-Anxiety (HADS-A). Arthritis Care Res (Hoboken). 2011; 63 Suppl 11(0 11):S467-S472. DOI: 10.1002/acr.20561